2018-ci ilin iyununda İstanbulda həbs edilən “Streamline” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov Bosfor boğazını bağlayacağını bildirib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, B.Bağırov “Akca Shipping” şirkətinin dənizçilərə 10 aydan çoxdur maaş vermədiyini bildirib.

O, maaşla yanaşı, rusiyalı dənizçilərin dəyişdirilməsi tələbini də irəli sürüb.

B.Bağırov qeyd edib ki, tələbləri yerinə yetirilməsə çərşənbə günü Bosfor boğazını bağlaycaq.

“Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq”, – gəminin kapitanı deyib.

Xatırladaq ki, “Streamline” gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib.

“Akca Shipping” şirkətinin ümumilikdə dənizçilərə 123 min dollar borcu var.


233 baxılıb