“Və bir körpənin bayramlıq sevincində gizli xatirələrim….”-Güvən Kəmərkaya…

Səndən qalan
(Güvən Kəmərkaya)
 
Ayrı bir göy uzundə qaldı şəkillərimiz,
Uzlərimiz solğun, xatirələr yorğun.
Soyuq bir iqlimdən keçmiş kimi
Bədənlərimiz yorğun, gözlərimiz solğun.
Uzumdə qırışların adı var həyata aid,
Hər qırış bir xatirə səndən qalan.
Heyhat! Necə də köhnəldi hər şey.
İndi bir gunahsızın gözlərində yox olur umidlərim
Və bir körpənin bayramlıq sevincində gizli xatirələrim.
Təzə paltar qoxusu sinmiş iliklərimə,
Uşaqlığımı çəkdim qurşaqla
Gəlmədi heç biri, nə cavanlıq, nə də gənclik.
Anladım, hər şey bir-bir nağıllardakı quşun qanadlarında gizlənmiş,
Uçmuş uzaqlara.
Ayrı bir göy uzundə qaldı şəkillərimiz…
 
 
 
Səni acı qədər sevirəm
 
Bu günlərdə hər şeyi unuduram, adımı adının yanına yazmağı unutduqdan bəri…
Fəsillərdən hansıdır? İnan bilmirəm. Günlərdən nə, hansı ayın ortasındayıq onu da bilmirəm.
Sən gedincə zaman bölündü ortadan.
Yaşımı və yaşadığımı unutdum səndən sonra…
Mən bilməzdim yağışın dərindən yandıran bir od olduğunu.
Bilməzdim sözlərin əl-ələ verincə şeir olduğunu və çiçəklərin də bir dili olduğunu bilməzdim.
Bu günlərdə duyğularım ağır acılar yaşayarkən, dərinlərdə fırtınaya başlayar hər xəyalın dolaşdıqca gözlərimdə. Bilirsən, mahnıların mənasını biməzdim bir zamanlar.
Musiqilər hopmazdı içimə. Çobanyastığının üşüməsini yaşayıram sönük ruhumda.
Bilmirəm nə üçün sənə heyranam bu qədər.
Nədən parçalanmış ürəyim əllərində. İçimi qanadan bu qəribə acının, vəfasız bir musiqinin misralarında üşüməsinə nədən dözürəm, bilmirəm.
Sən getdin, hər şeyi unutdum.
Səni harda gördüm, necə sevdim, imkansız bir müjdəyə necə çevrildin, bilmirəm.
Sağalmayan xəstəlik ağrısı kimi qəlbimin dərinliyində gəzən sənsən, bunu bilirəm.
Tək bildiyim və unutmadığım bu…
Ürəyimdə saxladığım gözəl qoxulu darıxmağımı, boğazıma düyünlənən acı qədər sevirəm.
 
 
Bir kitaba qapaq olmalıyıq səninlə
 
Daha keçmişlərə getməliyik səninlə,
Tozlu rəfləri axtarmalıyıq elə.
Köhnələrdə tapmalıyıq köhnəlməyən üzümüzü,
Ən təzə gülüşlərimizi bağışlamalıyıq bir-birimizə.
Baxmalıyıq gözlərinə bir-birimizin.
Doğru ifadələrlə doğruyu anlatmalıyıq,
Ölməmiş dostluqları yaşamalıyıq səninlə.
Qarşılıqlı dəmləməliyik ürək çayımızı
Sən, məndə tapmalısan özünü,
Mən, səndə tapmalıyam özümü.
Sözləri incitmədən danışmalıyıq,
Tələsmədən anlatmalıyıq hər şeyi.
Həyatı hər nəfəsdə içimizə çəkməliyik səninlə…
Sən bir gül kimi incə açmalısan,
Mən torpaq qədər vəfalı olmalıyam.
Su kimi təmiz olmalı söhbətimiz.
Səninlə bir kitabda görüşməliyik.
Hər sətrində dolaşmalıyıq birlikdə,
Hər səhifəsində bir söz qatmalıyıq sözümüzə,
Bir kitaba qapaq olmalıyıq səninlə
Ya da bir sətirə parçalanmış iki kəlmə…
 
Özünə bir beyt seç
 
Özünə bir beyt seç sevgili,
İçində yalnızlığım olmayan.
Məni, bizi anlatmayan tünd mavi bir beyt,
Bax ha qaralmasın küçəsinin lampaları!
Özünə qarışıq olmayan, səni sevdiyimə şübhə duyacağın,
Bir beyt seç tapa bilərsənsə…
 
 
Gözlərində gecə
 
Gecəyə zillənən gözlərin qədər sevdim səni,
Sürgünə gedirəm gözlərindən gecəyə.
Sən gecəyə həsrət, mən gözlərinə…
Gözlərin qədər sevdim gecəni.
Dilimdən düşürmürəm öyrətdiyin uzun hecanı.
Sən öyrətdin sevməyi gözlərində gecəni.
 
 
Hüzn sənin adın
 
Sənə toxuna bilməyən şeirlər yazardım hər gecə,
Ulduzlar şahidim, mən heç hüznsüz yuxuya getmədim.
Hüzn sənin digər adındı sənin bilmədiyin
Yalnızlığımın dərindən bakdığı gecələr olurdu bəzən.
Sən məndən xəbərsiz ulduz sayardın bəlkə də
Amma mən hər ulduza səndən danışardım.
Ey gecə qədər gözəl qız, sən məni bilmə!
Çöldə açan çıçəklər saxlar sirrimi
Və bir qaranquşa əmanət etdim şeirlərimi.
Sənə toxuna bilməyən şeirlər yazardım hər gecə,
Ulduzlar şahidim, mən heç hüznsüz yuxuya getmədim.
(Türk dilindən Tərcümə edən:Günay Nəriman)
Müstəqil.Az
mersin escort