Müğənni Leyla Ramazanlı Space telekanalının “Hər səhər” proqramının aparıcısı Anarı özünün İnstaqram səhifəsindəki dostlar siyahısından çıxarıb.

Müstəqil.az xəbər verir ki, məsələ ilə bağlı proqramda qonaq olan müğənninin sözlərinə görə, bu olaydan xəbəri yoxdur. Məsələni “səhv” kimi qələmə verən müğənni əslində İnstaqram səhifəsini özünün idarə etdiyini deyib: “İnciklik doğmalar arasında da olur. Amma mən səndən heç vaxt inciməmişəm. Çünki sənin ürəyin çox təmizdir. Elə insanlar var ki, danışanda ürəyində kin-küdurətin olduğunu görürsən. Ancaq sən çox gözəl insansan. O səhvi də efirdən çıxan kimi düzəldəcəm”.

Qeyd edək ki, fotolar Leyla Dostəlizadənindir.

133 baxılıb