“Adam elə uşaq qala, Yaş örtməyə yaş üstünü…”-Mehdi Kamiloğlu…

Üstünü…
 
Adam elə uşaq qala,
Yaş örtməyə yaş üstünü.
Böyümüşəm, günüm qara-
Duman almış baş üstünü.
 
Bilmirəm, dözdüm nə cürə,
Dovşanlar yem olur şirə.
Ömür ötdü görə-görə,
Qəddarını, faşistini.
 
Ağıl – o da öz təntənəm,
Sayım, kimlərə düşmənəm?
Sanaram ki, dəli mənəm,
Tapsam bircə baş üstünü.
 
Yaradanın rəhmi gələ,
Nəyə lazım ölmək hələ?!
Dəbdəbəli qəbrin belə
Batırırsa quş üstünü.
 
Bu dünya lap murdarsa da,
Yazılmalı nə varsa da,
Qələm mənə yalvarsa da,
Vurmayaydım kaş üstünü.
 
Mehdi Kamiloğlu
Müstəqil.Az
mersin escort