“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Xatirə Qasım vəzifəsindən azad edilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə X.Qasım Modern.az-a özü məlumat verib. O, artıq yeni vəzifəyə keçirildiyini bildirib:

“AzTV-də mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Hələlik bu şöbənin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.

Mən isə Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.

Müstəqil.AZ

 

166 baxılıb