Erməni tarixçi erməni tarixini ifşa etdi – Video

Ukraynalı tədqiqatçı, məşhur erməni əsilli bloger Filip Ekozyants paylaşdığı növbəti videoda “Bütün dünyada minlərlə “erməni” məbəd və kilsələrini kim tikib?” sualına cavab axtarıb.

Müstəqil.Az Axar.az -a istinadla xəbər verir ki, tarixçi məsəlinin araşdırılmasına çox sadə bir səbəblə başladığını bildirib. Belə ki, Ekozyants bu günə qədər apardığı araşdırmalarda riyaziyyat, həndəsə, fizika, kimya və nəhayət, memarlıq sahəsində təhsil verən qədim erməni məktəblərinin mövcudluğu barədə hər hansı bir məlumata rast gəlmədiyini qeyd edib.

“Hərçənd burada bir universitet və ya məktəb olmalı deyil. Çünki bütün dünyada bu qədər kilsə və məbəd tikmək üçün yüzlərlə belə təhsil müəssisəsinə ehtiyac var”, – Ekozyants bildirib.

Bundan sonra Ekozyants ermənilərdən qədim məktəblərin, xüsusi müəssisələrin mövcudluğu, erməni memarların adlarına dair məlumatları varsa, təqdim etmələrini istəyib.

“Mən bu informasiyanı bir onillikdən artıq vaxtdır axtarıram, ancaq heç nə tapa bilməmişəm. Mənim üçün bu məsələ bağlanıb. Siz də axtarın, bəlkə tapa bildiniz? Bizə uşaqlıqdan əcdadlarımızın bütün dünyada minlərlə kilsə və məbəd tikdiyini, bizim onların birbaşa nəvələri olduğumuzu deyirlər. Həqiqətən də uyğun təhsilə sahib olmadan bu cür gözəl, memarlıq cəhətdən mürəkkəb binaları tikmək mümkündürmü?” – erməni tarixçi mövzu ilə bağlı ilk videosunda deyib.

Müraciətdən sonra bir gecədə sosial şəbəkələrin erməni istifadəçilərindən Ekozyantın ünvanına minə yaxın cavab göndərilib.

“Təbii ki, onların arasında bir dənə olsun real cavab olmadı. Çünki ola da bilməzdi. Yəni heç kim “Filip bura gəlin, burada məktəb olub, biz sizə göstərəcəyik” deyə bilməz. Heç olmasa məktəbin təsviri, onun barəsində xatirələr – heç biri ola bilməz. Cavablarda mənə o dövrdə memarlar, astronomlar və riyaziyyatçılar üçün məktəblərin məbədlərin içində olduğunu izah etməyə cəhd etdilər. Guya məbədlər elə dahi erməni memarların təhsil aldığı məktəblərdir… Burada yəhudilərin bir lətifəsi yada düşür:

  • Ara, bu gözəl məbədi kim tikib?
  • Ara, mən əlbəttə.
  • Bəs necə tikmisən, bunu sənə harada öyrədiblər?
  • Məbəddə.
  • Necə? Əvvəlcə məbəddə öyrədiblər, sonra sən onu tikmisən?” – Ekozyants onlara ünvanlanmış suala cavab tapmağa çalışan ermənilərə cavabında deyib.

Daha sonra tədqiqatçı ətraflı şəkildə bir-bir İspaniya, İtaliya, Rusiya və digər yerlərdəki məşhur erməni məbəd və kilsələrinin adlarını sadalayır, bu möhtəşəm tikililərin rəssam və memarları barədə məlumat verir. Adlar sırasında bir nəfər belə erməni adına rast gəlinmir.

Ekozyantsın sözlərinə görə, ermənilər sadəcə olaraq bu kilsələri özlərininki adlandırıblar: “Bizi sadəcə həmin dövrdə bu kilsələrə xidmət üçün buraxıblar, bu qədər!”

Erməni tədqiqatçı Avropadakı heç bir “erməni məbədi”nin ermənilər tərəfindən tikilmədiyini sübut etməyə nail olduqdan sonra bəzi erməni sosial şəbəkə istifadəçiləri yazmağa başlayıblar: “Ermənilər yaratmayıb, ancaq ermənilərin puluna tikilib”.

Filip Ekozyants ermənilərin bu fikirlərinə də cavab verib. Onun sözlərinə görə, ermənilər bu gün Avropada mövcud olan və ermənilərin adlandırılan məbədlərin heç də hamısına görə pul ödəməyiblər.

“Onlar Venesiya məbədinin restavrasiyası və Paris kilsəsinin tam təmirinin pulunu ödəyiblər. Həmin abidələr bu gün onları ermənilərin tikdiyi və ya restavrasiya etdirdikləri üçün deyil, orada dini ayinlər erməni dilində və erməni apostol kilsəsinin qaydaları əsasında keçirildiyi üçün ermənilərin adlandırılır. Bu fərqi anlamaq vacibdir”, – ekspert bildirib.

Tədqiqatçı bu suallara da növbəti yəhudi lətifəsilə cavab verib:

“Abram ölmək üzrədir. Sara yanında əyləşir və deyir:

  • Abram, sənə dəhşətli yalan dediyimi etiraf etmək istəyirəm. Yosya sənin oğlun deyil.
  • Bəs kimin oğludur?
  • Yadına gəlirsə, bizim yaraşıqlı polkovnik qonşumuz var idi. Mən müəyyən pul qarşılığında ondan uşaq istədim və o da razılaşdı.
  • Sara, bu pullar səndə haradan idi?
  • Yadına sal, sən hər gün mənə xırda qadın xərcləri üçün pul verirdin. Mən həmin pulları topladım və ona verdim.
  • Sara, başımı xarab eləmə. Pullar mənimdir, deməli, Yosya də mənimdir”, – erməni tarixçi fikrini tamamlayıb.

mersin escort