Adıgözəl Məmmədov: ”Fəxrəddin Abbaszadənin həbsi dövlətçilik baxımından vacib idi”

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib. 

DTX-dən Enter.News-a bildirilib ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. “Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilmişdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir”, -deyə rəsmi məlumatda bildirilib.

Müstəqil.az saytı Fəxrəddin Abbaszadənin həbsi ilə bağlı Slavyan-Türkdilli Xalqlar Birliyi Hərəkatının lideri, siyasi portretşünas, tanınmış politoloq  Adıgözəl Məmmədovun fikirlərini öyrənib: 

Adıgözəl müəllim, bildiyiniz kimi yaxın günlərdə talış separatçılarından biri Fəxrəddin Abbaszadə Rusiyada həbs edilərək Azərbaycana təhvil verilmişdir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı. 

Əvvəla onu bildirmək istəyirəm ki, Fəxrəddin Abbaszadənin Azərbaycan dövlətçiliyinə qarşı olan fəaliyyəti uzun illər idi ki, bilinirdi və bunu təsdiq edən onun çoxsaylı çıxışları və yazıları mövcud idi. Bu istiqamətdə Azərbaycan xüsusi xidmət orqanlarının təhqiqatları onun axtarışa verilməsi barədə əsas yaratmışdı. Onun haqqında həbs qəti imkan tədbiri seçilməsi Azərbaycanda xalqların birgə yaşayışı ideoloji konsepsiyasının əsasını təşkil edən azərbaycançılıq, dövlətçilik baxımından vacib idi. Onun fəaliyyətinin əsas qayəsi milli təfriqəçilik salmaq və bu istiqamətdə erməni xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirtməkdən ibarət olmuşdur. Bu baxımdan bu separatçının əsas düşmənlərindən də biri mənim geopolitik konstruksiya prinsiplərinə söykənən Slavyan-Türk-Ari coğrafiyasının imprativləri anlamı olmuşdur. Hələ mən 2013-cü ildə Moskva Dövlət Universitetində bu mövzu ilə əlaqəli kitabımın təqdimatını keçirdikdən sonra bu separatçı erməni havadarlarının sifarişi ilə mənim fəaliyyətimə və bu tədbirdə iştirak edən Rusiya siyasi elitasının nümayəndələrinə qarşı açıq hücuma keçdi. Onun 15 yanvar 2014-cü ildə qələmə aldığı “Rusiya Siyasi Araşdırmalar İnstitutu Azərbaycanın lobbisti rolunda çıxış edir” adlı yazısında o, anti-Azərbaycan mövqeyindən çıxış edərək, mənə və tədbir iştirakçılarına qarşı olar-olmaz hədyanalar və iftiralar atmağa çalışmışdı. Təəssüf ki, tədbirində iştirak edən bir neçə Rusiya analitik çevrələrin nümayəndələri məhz bu yazıdan sonra işlərindən azad oldular. Fəxrəddin Abbaszadənin əsas istəyi o idi ki, ümumiyyətlə mənim yuxarıda qeyd etdiyim konsepsiyalarımla bağlı Rusiyada heç bir tədbir keçirilməsin və sözün düzü bir müddət də buna nail ola bildi. Amma sonradan başa düşüldü ki, bu tipli tədbirlər xalqlararası dostluğun möhkəmlənməsinə qulluq etdiyinə görə bu Rusiya üçün də olduqca vacib bir məsələyə çevrildi.

mersin escort