Kolumbiyada təyyarə qəzasında 12 nəfər həyatını itirib.

Kolumbiyada təyyarə qəzasında 12 nəfər həyatını itirib.
BakuPost-un məlumatına görə, qəza mərkəzi Meta departamentində qeydə alınıb. “Laser” şirkətinə məxsus “Douglas DC-3” tipli təyyarə San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyoya uçurmuş. Hava gəmisi San-Martin yaşayış məntəqəsi üzərində olanda, pilot dispetçerlərə göyərtədə fövqəladə vəziyyət barədə məlumat ötürüb və qəza enişi etməyə çalışıb, lakin bu, uğursuzluqla nəticələnib.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 12 nəfər olub və onların hamısı ölüb.

Artıq hadisə yerinə xilasedicilər gəlib. Təyyarənin qəzaya uğramasının səbəbləri məlum deyil. İstintaqa başlanılıb.

 

Müstəqil.Az

mersin escort