Belqradda etiraz: Televiziya binası mühasirəyə alındı

Serbiyada hökumət əleyhinə keçirilən etirazlar çərçivəsində minlərlə insan Belqradın mərkəzində yerləşən dövlət televiziyasının binasını mühasirəyə alıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” informasiya yayıb.

Məlumata görə, aksiyaçılar televiziyanın baş verən hadisələri qərəzli şəkildə işıqlandırmasına etiraz olaraq binanın qarşısında şüarlar səsləndirib.

Qeyd edək ki, Serbiyada hökumət əleyhinə nümayişlər ötən ilin dekabrından davam edir.

 

Müstəqil.Az

 

mersin escort