Məhkəmə Bakı ginekoloqunu ciddi səhvinə görə cəzalandırdı

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Bakı şəhər sakini, 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına baxılıb.

Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Virtualaz.org bu yaxınlarda zərərçəkmiş Gülçin Aslanovanın şikayətini işıqlandırmışdı. G.Aslanova bildirmişdi ki, ötən ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib. Cərrahiyyə əməliyyatı zamanı həkim onun sidik kisəsini deşib, lakin xəsarəti gizlədib. “Güclü ağrılarım vardı, qarnım şişmişdi. Səfərova məni təkrar müayinə etdi və bağırsaq keçməzliyi diaqnozu qoydu. Halbuki ilk gündən sidik kisəsini deşdiyini bilirmiş, sadəcə, vaxtı uzatmaq və beləliklə də, məsuliyyətdən yayınmaq istəyib”, -G.Aslanova baş verənləri danışıb.

G.Aslanova qeysəriyyə əməliyyatından sonra daha 2 əməliyyat keçirib, onun qarnından 10 litrdən çox maye çıxarılıb. Aldığı psixoloji travma nəticəsində körpəyə qulluq edə bilməyib.

Məhkəmə Bakı ginekoloqunu ciddi səhvinə görə cəzalandırdı.

Müstəqil.Az

mersin escort