Meral Akşənərin təhqirlərinə Ərdoğandan cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Parti başqanı xanım Meral Akşənər barəsində rəsmi orqanlara şikayət ünvanlayıb.

Axar.az xəbər verir ki, şikayətə əsas kimi xanım Akşənərin prezidenti təhqir etməsi göstərilib.

Qeyd edək ki, M.Akşənər Dənizili şəhərində mitinqdə çıxışı zamanı “Prezidentin terrorçu dediyi dənizlilər, necəsiniz?” deyə iştirakçılara xitab etmişdi.

Dövlət başçısı isə dünən mediaya açıqlamasında İYİ Parti rəhbərinin həddini aşdığını, özünü qeyri-adekvat apardığını bildirmişdi.

Müstəqil.AZ

mersin escort