Space telekanalında yayımlanan “Hər səhər” proqramının budəfəki qonaqları müğənnilər Ruhəngiz Musəvi və Sevda Əliqızı olub.

Proqramda maraqlı diskussiya alınıb. Aparıcı Anarın müğənni Sevdanın təzə ev alması və sayının artıq 17-yə çatması ilə bağlı atmacasına qarşı tərəf etirazla cavab verib:

“Mənim də evim birdənədir. Nəqliyyat Nazirliyinin yayındakı 5 otaqlı evim artıq yoxdur. Bütün evlərim hamısı artıq satılıb”.

Aparıcının “Azərbaycanda Hammer maşınını da birinci sən mürmüsən. Hanı indi onlar” sualının cavabında Sevda artıq satıldığı, səbəbini isə bəyənmədiyi ilə cavab verib: “Satıb başqasını aldım”.

Müğənni Ruhəngiz Musəvi də vaxtilə toylara gedib yaxşı pul qazandığını, filmə çəkilməklə artıq tarixə düşdüyünü deyib.

Qeyd edək ki, fotolar Leyla Dostəlizadənindir.

132 baxılıb