“Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Çox yaxın dostlarıq”.
Müstəqil.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Modern.az saytına müsahibəsində Milli Məclisin deputatı İqbal Məmmədov deyib. O, SOCAR prezidenti Rövnəq Abdullayevlə dostluğundan danışıb.
Deputat deyib ki, R.Abdullayev çox sadə adamdır, uşaqla uşaq, böyüklə böyük kimidir: “Rövnəq müəllimlə çox rayonlara getmişik. O, bəzi məmurlardan fərqli olaraq heç zaman tək yemək yeməz. Rövnəq müəllim, hamını stolun başına yığır”.
iqbal
İ.Məmmədovun sözlərinə görə, SOCAR prezidenti yaxşı dostdur: “Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var. Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım.
Rövnəq müəllim, kartofu qazana lay-lay qoyurdu, üstünə balıq, üstünə pomidor, onun da üstünə soğan qoyub bişirirdi. O qədər dadlı olurdu ki! Hər kəsə Rövnəq Abdullayev kimi dostun qismət olmasını arzulayıram”.
Rövnəq Abdullayevin çox kövrək adam olduğunu deyən deputat indi də SOCAR prezidenti ilə demək olar ki, hər gün görüşdüyünü bildirib: “Azərbaycanda olanda hər gün görüşürük. Hər gün səhər tezdən 7-nin yarısında onunla fitnes salonunda idman edirik. Digər dostlarımız da ora gəlir…”.
561 baxılıb