18 yaşlı oğlandan anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: intim hərəkətlər və… – Azərbaycanda

Abşeron rayonunda anasını qısqanclıq zəminində öldürməyə cəhd etməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 2000-ci il təvəllüdlü Sədi Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anasının intim hərəkətindən şübhə

Publika.az xəbər verir ki, Sədi Məmmədov anası Zoyanın mobil telefonuna gələn zənglərdən və mesajlardan, işdən evə qayıtdıqdan sonra telefonunu arabir söndürməsi səbəbindən onun hansısa yad kişi ilə intim münasibətinin olmasından şübhələnib.

O, 28 fevral 2018-ci il tarixdə, saat 10 radələrində anası işə gedən vaxt onu izləyib, anasının Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında “199” saylı avtobusdan düşərək, tanımadığı “Mercedes-Benz” markalı avtomobilin qabaq oturacağına əyləşdiyini görüb.

Anasını maşına minəndə gördü, öldürmək planı qurdu

Bu məqsədlə Sədi anasından qisas alaraq onu öldürmək qərarına gəlib. O, kirayədə yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, yeni yaşayış massivində yerləşən evlərinə qayıdıb və evin mətbəxindən bıçağı götürüb və gödəkçəsinin döş cibinə qoyub. Sədi sonra cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.

Anasını küncdə gözlədi, çoxsaylı xəsarət yetirdi

Sədi həmin gün saat 22.00-dan etibarən yaşadığı binanın künc hissəsində anasının gəlməsini gözləməyə başlayıb. Təxminən saat 22.30-da Sədi Zoyanın yaşadığı binanın dəhlizinə daxil olmasını görüb.

Bu zaman Sədi Zoyaya yaxınlaşaraq, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vurub. Çoxsaylı bıçaq xəsarəti alan Zoyanın qışqırdığını görən Sədi əlindəki bıçağı yerə atıb və qaçaraq hadisə yerindən uzaqlaşıb.

Ana xəstəxanaya, oğul həbsxanaya aparıldı

Zoya hadisə yerində olan şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis tərəfindən anasına çoxsaylı xəsarət yetirən Sədi həbs edilib.

İstintaq orqanı tərəfindən Sədi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Anam mənə əhəmiyyət verməyib”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, anası Zoya, atalığı Mənsur və qardaşı İntiqamla birlikdə Abşeron rayonu Gənclər şəhərciyində yaşayıb: “Anam Bakı şəhərində “28 May” metrostansiyasının yaxınlığında mağazada satıcı işləyib. Atalığım Mənsur evdə olmadığı vaxtlarda anamın telefonuna pul köçürüldüyünü görmüşəm. Pulun kim tərəfindən köçürüldüyünü soruşduqda, anam mənə əhəmiyyət verməyib, heç bir söz deməyib”.

“Anam qışqıranda özümə gəldim”

 

“Anamı qısqandığım üçün vurmuşam”

Sədi Məmmədov qeyd edib ki, anasının xəstəxanaya getdiyini düşünüb və oradan gedib: “İki gün sonra Sumqayıt şəhərində polis idarəsinə gedərək könüllü olaraq təslim oldum və cinayət törətdiyimi etiraf etdim. Anamı qısqandığım üçün heç bir şeyi araşdırmadan onu vurmuşam. Lakin anamı öldürmək fikrim olmayıb, sadəcə ona xəsarət yetirmək istəmişəm. Törətdiyim əməldən peşmanam”.

“Oğlum böyük sarsıntı keçirib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zoya Məmmədova bildirib ki, iki oğlu var, Sədi onun böyük oğludur: “Həyat yoldaşım uzun müddət xəstəlikdən əziyyət çəkib və 2015-ci ildə vəfat edib. Sədi uzun müddət xəstə atasının qulluğunda dayanıb, atasının ölümündən sonra o, böyük sarsıntı keçirib. Həyat yoldaşımın ölümündən sonra bizim böyük çətinliklərimiz olub”.

“Bu da məni qısqanmasına səbəb olub”

Zoya Məmmədova qeyd edib ki, Sədi on beş yaşından restoranlarda xidmətçi işləyib və evə maddi yardım etmək məcburiyyətində qalıb: “Sədinin törətdiyi hadisədə özümü günahkar hesab edirəm. Mənim telefonuma kontur köçürülüb, oğlum məndən konturun kim tərəfindən göndərildiyini soruşub. İşdən gəldiyim və çox yorğun olduğum üçün ona açıqlama verməmişəm. Bu da Sədinin məni qısqanmasına səbəb olub”.

“Donub yerində qaldı”

Zoya Məmmədova bildirib ki, hadisə günü o, səhər saat 10 radələrində evdən çıxıb, avtobusla “20 Yanvar” metrostansiyasına gedib, işə gecikdiyi üçün orada ağ rəngli bir maşına əyləşərək “28 May” metrostansiyasının yaxınlığında yerləşən iş yerinə gedib: “Həmin gün axşam işdən çıxaraq evə gələndə, evin yaxınlığında oğlum Sədini gördüm. Sədi mənə yaxınlaşaraq ayaqqabılarımı haradan aldığımı soruşdu. Mən isə ona “bəs sən haradan almısan yeni ayaqqabılarını?”, – deyə bildirdim. Həmin vaxt Sədi gödəkçəsinin cibindən bıçaq çıxararaq mənə bir neçə zərbə endirdi. Ona əlim ilə getmək işarəsi verdim, sonra yaxınlıqdan keçən bir avtomaşını dayandırdım və məni xəstəxanaya aparmasını xahiş etdim. Maşına əyləşərək yola düşənə qədər Sədi donub yerində qaldı və mənə baxdı. Həmin gün Sədi istəsəydi, əlindəki bıçaqla məni öldürə də bilərdi. Lakin bunu etmədi. Oğlumu bağışlamışam və onunla barışmışam. Oğluma qarşı şikayətim yoxdur”.

Cəza: 3 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Sədi Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsiv edilməsini, barəsində daha yüngül cəza təyin edilməsini istəyib.

Sədi Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Elman Əhmədovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sədi Məmmədovun şikayəti təmin olunmayıb.

mersin escort