Özbək milyarderin yaxtası Barselonada ajiotaj yaratdı – FOTO

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, özbək milyarder Əlişir Usmanovun yaxtası Barselona limanında lövbər salanda görünməmiş ajiotaj yaranıb.
Yerli sakinlər və turistlər lüks yaxta “Dilbar”in fonunda fotoşəkil çəkdirir, şəkillərini sosial şəbəkələrdə paylaşırlar.
Yeri gəlmişkən, 156 metrlik gəmi uzunluğu ilə üç gəmini üstələyir – bir ərəb şeyxinin, Brüney şahzadəsinin və Roman Abramoviçin yaxtalarından daha üstündür. “Dilbar”ın daxili gücü – təxminən 16 min tonajdır.
İstifadəçilərdən birinin yazdığı kimi “Usmanovn yaxtasının yanında milyarderlərin gəmiləri çox xırda görünür”.
Müxtəlif kütləvi informasiya vasitələri tərəfindən bildirildiyi kimi, “Dilbər” Usmanova təxminən 600 milyon dollara başa gəlib.
Hal-hazırda hamı Əlişir Usmanovun nədən Barselonaya gəldiyini öyrənməyə çalışır.
Müstəqil.Az
mersin escort