“Qarabağ” vacib 3 xalı qazandı

“Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımi şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq”.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Keşlə”ni 1:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.

 

Mütəxəssis Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib:

 

“Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldo üçün isə meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir”.

 

Baş məşqçi Araz Abdullayevi yenidən əsas heyətə qaytarmalarına da toxunub:

 

“Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddətə oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də, bu gün əsas heyətə qaytardım”.

mersin escort