Gənc yazar Sevil Gül Nurun milli qəhrəmanlara həsr etdiyi kitabının təqdimat mərasimində duyğulu anlar yaşandı…

Müstəqil.Az bildirir ki,gənc yazar Sevil Gül NurunŞəhadət sarayı” adlı yeni kitabı çap olunub.

Kitabda Azərbaycanımızın keçmiş və son dövrlərdə başına gətirilən faciələr tarixi faktlarla öz əksini tapıb.

Kitabda Qarabağ döyüşlərində şəhid olan milli qəhrəmanlarımız və onların keçdiyi döyüş,qəhrəmanlıq yolu haqqında məlumatlar dərc olunub…

Kitab Yardımlı rayonu,Zövün kənd sakini xeyriyyəçi,ziyalı el ağsaqqalı mərhum Davud kişinin övladlarının maliyyə dəstəyi ilə “Adiloğlu” nəşriyyatında çap olunmuşdur.

Satış üçün nəzərdə tutulmamışdır.

Azərbaycanın müxtəlif rayonlarında təqdimatı  keçirilən kitabın Dünən  də Bakıda, 28 fevral,2019-cu il “Azərkitab Kitab Təbliğat Mərkəzində”  təqdimat mərasimi və imza günü keçirilmişdir.

Kitabın redaktorları şairə,jurnalist Nəcibə İlkin və şair,tənqidçi Aqil Altun kitab haqqında məlumat verərək tədbirin açılışını etmək üçün ilk sözü müəllifin özünə veriblər.

Tədbirdə iştirak edən çoxlu söz,sənət adamları-şair,jurnalistlər,media nümayəndələri,Qarabağ döyüşçüləri və şəhid ailələri  gənc yazara ərsəyə gətirdiyi bu kitab  üçün xüsusi minnətdarlığını bildiriblər.

Tədbirdə şəhid ailələrinin etdiyi kövrək çıxışlar,xüsusilə də şəhid Əhməd Abdullayevin iki oğul övladının göz yaşları içində etdiyi çıxışlar hər kəsi duyğulandırıb.

Milli qəhrəman ,şəhid Fərid Əhmədovun anası da öz oğlu haqqında xatirələrini danışaraq tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Gənc yazar Sevil Gül Nura yaradıcılıq uğurları arzulayırıq.

 

Müstəqil.Az

Aysel Səfərli

Tədbirə aid fotolar:

 

mersin escort