“Dedilər ağrın hardadı,  Sən tərəfi göstərdim…”-gənc şair Aysel Fikrətin şeirləri… 

 

Ad
 
 
Dərin düşüncələrin tükəndiyi yerdəyəm, 
Doğma baxışlarından uzaqdayam, uzaqda. 
Elə bil doğulmayıb ,yaşamayıb, ölməyib,
Elə bil heç olmayıb belə adam mən adda .
Nə Anam doğub məni, Sərt mart səhəri bir gün ,
Nə də atam sevinib Qaçaraq küçələri .
Qardaşlarım həsrətlə gözləməyib yolumu ,
Göz yaşları boğmayıb kövrək, əziz nənəmi.
Sonra da böyüməyıb bu evdə belə bir qız ,
Xəyalı bulud üstə, özünun boyu bəstə.
 
Atasının mələyi, anasının sevinci 
Elə bil var olmayıb, yox olub asta asta …
Gizlənqaça gec qalan, Məktəb üçün tələsən, 
Sevgiyə qizılcadan tez yoluxub deyəsən .
Bir həsrəti uydurub, bircə gün yaşamadan ,
Öz ömrünü uduzub küləklərə verəsən.
Sonra heç üzülmədən çəkəsən adamları ,
Həyatına birbəbir daşıyasan dərdləri .
Hələ ümid dediyin yol ayrıcında durub ,
Güluşunu bəxş edib gizlədəsən qəmini.
 
Bir gün alıb çiyninə doğma evini gedib ,
Dəyişib şəhərləri, ölkələri, dünyanı.. 
özündən söz uydurub daldalanıb içində ,
Sınmayıb heç bir zaman , yox acımayıb canı.
Bu da bir təsəllidir, bu da bir çıxış yolu, 
Nə sevənlər üzülsün, nə doğmalar, nə yadlar .
Elə bil doğulmayıb, yaşamayıb, ölməyib, 
Elə bil heç olmayıb belə adam, mən adda.
 
 
 
 
Dua
 
 
 
 
Bilmirəm günahı nə idi ömrün, 
Yazıldı pozuldu, duası ömrün. 
Göylərin ümüdü, öz yerindədi, 
Yerlərdə bitmədi, davası ömrün. 
 
Bilmirəm günahı nə idi axı, 
Ruhu öz canında, yaman darıxır. 
Sanma yer möhkəmdi, o da dayaqdı?
Son günü torpaqdı, alası ömrün. 
 
İpdən aslı qalıb, teldən üzülüb, 
Bir yağisa dönüb, göydən üzülüb. 
Əlləri dünyadan, çoxdan üzülüb, 
Öz külündə yanıb, sönəsi ömrün. 
 
Sevgisinə söyür, qəminə deyir, 
Özü öz içində, özünü yeyir. 
Ta onunçun birdi deyən, nə deyər, 
Sağına-soluna, çapası ömrün. 
 
Olmazla barışıb, dərdlə barışıb, 
Sanma bu dünyaya, dolub qarışıb. 
Guya ki, get-gedə dərdə alışıb, 
Göz dağı, üzünün qarası ömrün. 
 
 
 
 
 
 
Uzaqlar ola
 
 
 
Elə uzaqlar ola, 
Məcbur olaq getməyə. 
Elə doğmalar ola, 
Bizi çəkən geriyə. 
 
Elə sevələr bizi, 
Biz onlara yol olaq. 
Kiminə, itgi olub, 
Kiminəsə tapılaq. 
 
Həyatın nəqməsini, 
Zümzüməsi, oxunsun. 
Çağa, körpə, cavan, qoca, 
İlmə kimi toxunsun.
 
Səni belə tanıyıb, 
Səni belə, sevməyim. 
Dərdini kərpic kimi, 
Ruhuma yük etməyim. 
 
Sənin də gözlərində, 
Dəniz olmasın, yaşlar. 
Ürəyində, mən adla, 
Başlamasın savaşlar. 
 
Gözlərinə həsrəti, 
Bildirməyim, heç sənə. 
Belə məğlub olmayım, 
Dərd sevinməsin mənə. 
 
 
 
Bir-birinin canında, 
İynə kimi itməyək. 
Bir-birinin yolunda, 
Tikan olub bitməyək. 
 
Ömürlük həsrət qalıb, 
Doğma, isti baxışa. 
Ömrü başa vurmayaq, 
Bu qədər əldən düşüb, 
Bu qədər, yorulmayaq. 
 
Gözlər, süzməsin bizi, 
Bu odu, filankəsdi. 
O, tapib itirilən, 
O, sevilməyən kəsdi.
 
Elə uzaqlar ola, 
Məcbur olaq getməyə. 
Elə doğmalar ola, 
Bizi çəkən geriyə. 
 
 
 
 
 
 
 
Bir ev olsun
 
 
 
 
Bir ev olsun, isti ev, 
Sobası gur, suyu bol. 
Həyətində, bağçası, 
Güllu donlu aqaclar.
Yenə o cür susasan, 
Bir kəlmə söz demədən, 
Bir-birini anlayaq.
 
Saclarima gül düzüb, 
Dəniz gözlərin ilə. 
Uzaqlara baxasan,
Mən yenə də deyim ki, 
Niyə məni sevmirsən? 
Yenə də, vurnuxasan. 
Nə səninlə, nə sənsiz, 
Olmur axı deyəsən. 
Ürəyimiz sıxıla,
Sonra çıxıb gedəsən. 
 
Sobası, sönə evin, 
Sola bağçasında gül. 
Söndürüb işıqları, 
Qaranlıqa qərq olaq.
Hərəmiz bir tərəfə, 
Parçalanaq dağılaq.
Sən özünlə mən daşı, 
Mən də özümlə səni. 
Sonra da, yer üzünə, 
Dağılaq zərrə kimı. 
 
İllər keçsin aradan, 
Güllü, bağçalı evdə. 
Başqaları yaşasın, 
Daha başqalarıyçun 
Danışılsın nağıllar.
Yalnız bütün sevənlər, 
Dəniz gözünlə baxsın. 
Eynən mənə bənzəsin, 
Bütün solmuş arzular.
 
 
 
 
 
 
 
 
 
 
İllər öncə
 
 
 
Perronda bizi gördüm, 
Dayanmışdıq sevincli. 
Uzun illər əvvəldi, 
Uzun illər öncəydi. 
 
Heç bilmirdim nə zaman, 
Görüsmüşdük biz belə. 
Xeyalimda gördüyüm, 
Ən gözəl şəkil idi. 
 
Baxışımı qaçırdım, 
Doğma baxışlarından. 
Nə sənə sözüm oldu, 
Nə də ki, o özümə. 
 
Gizlətdim əlcəyimdə, 
Sınıq dirnaqlarımı. 
Əlimdəki zənbilli, 
Saçlarimin ağını. 
 
Göz yaşımı gizlədim, 
Eynəyimin altında. 
Keçdim getdim yolumu, 
Minib son qatarıma. 
 
Perronda bizi gördüm,
Dayanmışdıq sevincli. 
Uzun illər əvvəldi, 
Uzun illər öncəydi.
 
 
 
 
 
Xəstəlik
 
 
 
 
 
Xəstəliyim tapılmadı,
Çözəmədi həkimlər. 
Unudulmaq adı ilə, 
Xəstəlik yox, əzizim.
 
Həkimlər də anlamadı, 
Axi hardan bilsinlər. 
Arzuların sonu gəlib, 
Ümidlər boş ,əzizim. 
 
Dedilər ki, bir az gəzin, 
Dəniz, dərə, dağ, çəmən. 
Bilmədilər hara getsəm, 
Çarəsizəm axı mən. 
 
Dedilər sualın nədir, 
Səni sormaq istədim.
Dedilər ağrın hardadı, 
Sən tərəfi göstərdim. 
 
Gözlərimdə yaş damladı, 
Dəlirmişəm sandılar. 
Məni bomboş otaqlarda, 
Səssizcə qapadılar.
 
Dörd divara çoxlu çiçək, 
Çoxlu dibçək düzdülər.
Çalışdılar danışdılar, 
Bir-birini üzdülər. 
 
Susqunluğum tükürpədən
Qışqırıqdı, bağırdım.
Yalniz bu qədər insandan, 
Təkcə səni çağırdım.
 
Gəldiyində çoxdan
Bəri çıxıb getmişdim səndən. 
Anladım ki, səni belə, 
Sən görmək istəmirəm. 
 
Mənə səndən ötru daha, 
Sənə dönmək gərəkmir. 
Mənə səni görmək üçün, 
Sən özündə çox azsan.
 
Anladım ki, bu yerlərdən, 
Çıxıb getmək də azdır. 
Anladım ki, ölüm gəlsə, 
Yenə də mənə azsan.
 
Xəstəliyim tapılmadı, 
Çözəmədi həkimlər. 
Unudulmaq adı ilə, 
Xəstəlik yox, əzizim.
 
 
 
Müstəqil.Az
 
 
 
 
 
 
Göz yaşı
 
 
Hər sevginin çox sonrası, olunmazı göz yaşıdır.
Ürəyinin son yarası, ilk yarası göz yaşıdır. 
Dərdinə şərik həmdəmdir, həm səhərdir, həm gecədir ,
Eşqini aşıkar edən, ələ verən göz yaşıdır.
 
Bəzən boğazında düyün, bilib demədiyin sözün,
Həm olmazın, həm də arzun, alın yazın göz yaşıdır.
Diləmədiyin duandı, yerdi, göydü, asimandı, 
Səcdən, qiblən , Tanrı sevgin, ibadətin göz yaşıdır. 
 
Yenidən dünya qazanmaq, yeni həyata atılmaq, 
Bir dərddən imtina edib, yeni dərdəmi sığınmaq. 
Sevincə qarışıq şərdir, bəzən ölümdən betərdir, 
Dəli könül dərbədərdir, izahı da göz yaşıdır.
 
Nola sevinc səbəb ola, ovunmayan göz yaşına, 
Mən ağlayım sən ağlama, hər ikisi göz yaşıdır. 
Ayrılıq üzməsin səni, dərd olub gəzməsin səni, 
Bizi ayrı salanların, amansızı göz yaşıdır.
 
İllər boyu nağıl gəzdik, kor divin yolunda azdıq, 
Özümüzə quyu qazdıq, içi teyxa göz yaşıdır. 
Sözlərim gizlətdi səni, sevgim əzizlədi səni, 
Hamıya yad oldum getdim, bir tək doğmam göz yaşıdır. 
 
 
 
 
Bilirəm
 
 
 
Bilirəm sevgisiz necə ölürlər 
Dumandan ayrılan yağışlar kimi 
Bilirəm həsrətə necə dönürlər. 
Şəkillərdən baxan baxışlar kimi
Bilirəm utancaq baxışlarını 
Anlamsız sözlərin izahı yoxdur 
heç bircə kəlmə də köməyə gəlmir 
Bir gün soyuq oldu hər vaxt soyuqdu
Bilirəm bitilən sevgini sorma 
Aman necə goydən enir sevgilər 
Ya bir daş olursan elə donursan 
Ya da səni sözsüz yerə gömürlər
Bilirəm bir səsə möhtac olmağı 
Bilirəm bir sözdən asılı qalanda 
kimsənin köməyi yetməz insana 
İnsan tək qalanda səssiz qalanda
Bilirəm bu ölmüş xatirələrdən 
Sən də min bir dəfə yol dəyişmisən 
Başını daş kimi soyuq balışa 
Bilirəm ümidsiz necə atmısan
Bilirəm yalanın. xəyanətinin 
unutmaq adında çox gizlənmisən 
sevgisiz qaldığım bu günüm üçün 
Dular etmisən niyyət etmisən
Ay Allah demisən sevməsin məni 
Qetsin öz ömrünü yaşasın ölsün 
Ay Allah demisən ruhum sıxılır
Elə et nə olar məni unutsun
De sənin əlində nədir ki sevgi 
bütün sevgiləri sən yaratmısan 
Ay Allah elə et silsin adımı 
bütün çətinliklər səninçün asan
Bilirəm gecələr necə dərindi 
Dənizlər dərindi gözlərin kimi
Ayrılıq küləyi bir az sərindi 
əsir mən tərəfə əsir meh kimi
Mənə səndən gələn hər bəla əziz 
firlanır başımda ayrılıq dəmi 
Bilirəm sevgisiz necə ölürlər 
Dumandan ayrılan yağışlar kimi
mersin escort