(Davamı.Əvvəli burda:http://www.mustaqil.az/2019/02/26/b%C9%99ybala-qaras-oglu-respublika-prakurorlugu-oglumun-olumunun-sirl%C9%99rini-gizl%C9%99dir/?fbclid=IwAR10uGA_A3Qh8MMalBY9KKrlZqgxq11HZMkngX1-L6jF8n80Q1p41ssyN3I))

Xəbər verdiyimiz kimi Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11  ünvanında yaşayan Hüseynov Bəybala Qaraş oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə,  Daxili İşlər Naziri  general-pokovnik Ramil Usubova, Milli Məclisə və bir çox qəzet və elektron portallara, eləcə də  digər inistansiyalara Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı  olmuş məhrum oğlu Hüseynov Emin Bəybala oğlunun  2017-ci ilin avqust ayının 18-də Türkiyə Respublikasının Antalya şəhərində zəhərləndirilərək öldürülməsi haqda  ünvanladığı  məktubunda  dəhşətli bir cinayətdən bəhs edir.

Bəs Türkiyə tərəfi nə deyir?Hadisə orda olub axı.
-Türkiyədən çox qısa müddətə oğlumun cənazəsini  Bakıya göndərdilər. Ekspertizanın rəyindən məlum olur ki, oğlumun kənardan verilən zəhərlə öldürülüb. Bu zəhəri kim verib, necə verib, niyə verib, araşdırmadılar. Məcbur qalıb kömək üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etim. Müraciətimin nəticəsi isə hər kəsin bildiyi kimidir. Yazılanlar dərin bir quyuya atılır sanki.

-Qəbula yazılın, görüşün…
– Əli Nağıyev zəng etmişdi, danışdıq. Dəvət də etmişdilər. Mənim oğlumun başına nə gətirilibsə onun xəbəri var, bunu əminliklə deyirəm. Ona görə də hüquqi bir dövlətdə dövlətin qanunlarını şəxsi maraqlarına görə pozanların bu hərəkətləri haqda da Cənab prezidentə, ölkənin birinci xanımına müraciət etmişəm. Ümüd edirəm ki, nə vaxtsa haqq öz yerini tapacaq.

– Bəybala müəllim, itkiniz çox ağır itkidir. Elə iddianızda çox ağır iddiadır. Ölkədə kifayət qədər nüfuzu olan bir dövlət qurumundan bəhs edirsiz, onları suçlu bilirsiz.

– Əvvala hansısa korrupsioner məmur haqda danışmaq heç də onun işlədiyi dövlət qurumu haqda danışmaq deyil. Ayrı-ayrı fərdlər işlədiyi kollektivə nüfuz da gətirə bilər, o kollektivi çirkaba da batıra bilər. Mən heç nəyi hissə qapılıb, yaxud qəzəbli olaraq demirəm. Mənim əlimdə təkzib olinmaz faktlar var və bu faktlara aydınlıq gətirilməlidir. Əks təqdirdə mən oğlumun zəhərləndirilərək öldürülülməsində bu insanları günahkar görəcəm.

-O faktlar hansı faktlardır, necə əldə etmisiz?

-Oğlum 2017 ci ildə məzuniyyətə çıxıb Antalyaya istirahətə getdikdən sonra onun oturduğu otaq Əli Nağıyevin göstərişi ilə boşaldılır və şəxsi əşyaları dəhlizə atılır. Bu haqda oğluma iş yoldaşları məlumat verir. Və o da anası ilə telefon əlaqəsi saxlayaraq bunları deyir və əlavə edir ki, mənim  işdə iki düşmənim var; Əli Nağıyev və Fuad Rəsulov.

Bundan başqa Bakıda fəaliyyət göstərən, “Avaqard travel” turist firmasın rəhbəri Yeganə Nağıyeva işçimlə telefon əlaqəsi saxlayır. Deyir ki, bu il Türliyə ilə işləri yaxşı alındığına görə ona hədiyyə olaraq tur paket təklif olunur. Yegane telefon vasitesi ile oglumu aldadir ki, bu il yaxşi işləmişən, mənə hediyyə olaraq yaxta tur verirlər, sizə də verim. Bildirir ki 4-cü gun olan gəmi gəzintisi cox yaxşı olacaq; Amma dediyinin əksinə olur,  böyuk bur yaxtada oglum ve xanımı olur. Yaxta dənizdə bir dəfə dövr edir, oğluma bir cubuqlu fanta icirib , təkrar taksi ile otelə buraxııblar, bir gun sonra bu hadisə bas verir., oğlun dünyasını dəyişir. Şubheəvar ki , zəhər orda verilib, çünki bu günə qədər Yeganə xanım bu məsələni açıqlaya bilmir ki, bu işdə nə var.

 

-Bəs Yeganə xanımla əlaqə saxladınmı ki, hardanağlına gəldi ki, oğluma bu paketi təklif edəsən?

-Yeganə xanımla bir neçə dəfə görüşdüm. Əvvəl heç nəyi boynuna almaq istəmirdi. Sonradan əl çəknədiyimi, israrla soruşmağımı və əlimdə olan faktları bildikdən sonra, dedi ki, mən heç kəsin adını deyə bilmərəm, onlar problem yaşada bilmərəm. Məhkəməyə ver orda danışacam deyir, hər şeyi. Onu inandırblar ki, qorxma, heç kim cürət edib səni məhkəməyə verə bilməz, arxandaklıar hələ ölməyib. Həm də hiss olunur ki, çox qorxur. Özü də bunu etiraf edir ki, bu məsələ haqda daha heç nə deyə bilməz.

– Və bütün bunları Baş prokurorluğa demisiz.

-Əlbəttə demişəm, əlavə olaraq deyim ki, oğlumun ölümü ilə bağlı video görüntülər var. Bunları öz gücümə əldə etmişəm. Bu görüntülərdən bilinir ki, oğlun istirahət etdiyi otelin idman zalında məşq edərkən anidən beyin ölümü keçirərək dünyasını dəyişir. Bu görüntüləri sizə redaksiya olaraq təqdim edə bilərik. Beyin ölümünü təsdiq edən kompyüter tomoqrafiyasının cavabı, Türkiyə Respublikasının bir neçə  Məhkəmə Tibbi Ekspertiza mütəxissislərinin Xəstəxanaların verdiyi qan nəticələrinə görə həqiqətən də ölümün xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində olduğunu sübut edən bir çox ekspert rəyləri dəvar ki, onları da redaksiyaya təqdim edəcəm. Hansı ki bütün bunları artıq mən müraciət etdiyim bütün inistansiyalara göndərmişəm, demişəm…

Söhbətləşdi: Ötgün
(ardı var)

 

 

 

 

 

 

284 baxılıb