Avropada Peskovun qızına 1000 avro maaş verilir – QALMAQAL

Rusiya Prezidenti Vladimir Putinin sözçüsünün qızı Yelizaveta Peskovanın Avropa Parlamentində (AP) təcrübə keçdiyi ortaya çıxıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, AP-nin fransalı üzvü Aymerik Şoprade Dmitri Peskovun qızını təcrübəçi kimi işə götürməsi xəbərini təsdiqləyib. O qeyd edib ki, Yelizaveta Peskova keçən ilin noyabr ayında staj üçün işə götürülüb.

Fransalı deputatın sözlərinə görə, təcrübə müddəti aprel ayında bitəcək. Digər bir deputat isə Peskovanın Müdafiə və Təhlükəsizlik Alt Komitəsində təcrübə keçdiyini, ancaq heç bir gizli sənədə əlinin çatmadığını vurğulayıb. Yelizaveta Peskova ayda min avro təcrübəçi əmək haqqı alır. Avrupa Birliyi (Aİ) ilə Rusiya arasında münasibətlərin gərgin olduğu bir dövrdə, Peskovanın AP-da təcrübəçi kimi qəbul edilməsi birmənalı qarşılanmayıb.

mersin escort