Şimali Koreya lideri zirehli texnika ilə mühafizə olunur

Şimali Koreya lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoyda yerləşən “Melia” mehmanxanasına yerləşib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Melia” bir neçə zirehli döyüş maşını tərəfindən dövrəyə alınaraq mühafizə olunur.

Vyetnamlı hərbiçilərin qoruduğu texnikanın fonunda yerli sakinlər və turistlər şəkil çəkdirirlər.

 

Xatırladaq ki, Tramp-Kim Çen In görüşü 27-28 fevral tarixlərində baş tutacaq.

Müstəqil.Az
mersin escort