Bəybala Qaraş oğlu: -Respublika Prakurorluğu oğlumun ölümünün sirlərini gizlədir

(Əvvəli)

Xəbər verdiyimiz kimi Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11  ünvanında yaşayan Hüseynov Bəybala Qaraş oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə,  Daxili İşlər Naziri  general-pokovnik Ramil Usubova, Milli Məclisə və bir çox qəzet və elektron portallara, eləcə də  digər inistansiyalara Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı  olmuş məhrum oğlu Hüseynov Emin Bəybala oğlunun  2017-ci ilin avqust ayının 18-də Türkiyə Respublikasının Antalya şəhərində zəhərləndirilərək öldürülməsi haqda  ünvanladığı  məktubunda  dəhşətli bir cinayətdən bəhs edir.

 

Müstəqil.Az  övladlarının faciəsini yaşayan ailəyə qarşı olunan mənəvi və fiziki basqıyla bağlı olunan müraciəti diqqətdə saxlayıb, jurnalist araşdırması aparıb, matreallar dərc edib.

Dərc olunan araşdırma yazılarda valideyinlərinin Emin Bəybala oğlunun ölümü ilə bağlı aparılan (aparılmayan) istintaqa edilən etiraz və şikayət məktublarının yayınlanaraq təyinatı üzrə müraciət edilən ünvanına çatdırılmasına vasitə olub.

Bu günlərdə redaksiyamızda olan Hüseynov Bəybala Qaraş oğlu Respublika Prakurorluğu və digər inistansiyalardan etdiyi müraciətə və istədiyi köməyə heç bir reaksiyanın olmadığını bildirdi. Oğlunun öldürüldüyünü iddia edən ata ilə hazırladığımız müahibəni dəyərli oxucularımızın nəzərinə çatdırırıq:

– Bəybala müəllim, artıq iki ilə yaxındır bu ağır faciənin, itkinin acısını yaşayırsız…

– Bu yaşamaq deyil. Bu iztirabı, oğul dərdini içində daşımaqdır, sürünməkdir, ağrıdan qovrulmaq, həyata, insnlara, səlahiyyət sahiblərinə, hüquq-mühafizə orqanlarına ümüdün itirilməsidir. Hüquqi bir dövlətdə yaşayıb, bəzi harınlanmış məmurların hüquq pozuntusuna yol verdiyini görmək və dəli olmaq dərəcəsinə çatmaqdır.

-Yəni demək istəyirsiz ki, oğlunuzun faciəsini araşdırmalı olan bir qurum əslində öz işini görmür?

– Bu sözssüz belədir. Bir telefon oğrusunu, bir narkotik maddə istifadəçisini, toyuq, dana oğrusunu anındaca tutub həbs edirlər. O qədər günahsız yerə şərlənənlər də olub ki… Amma burada insan ölümündən söhbət gedir və elə bil ki, müraciətlərimiz dərin bir quyua deyilir, nə səs var, nə soraq.

Bilirsiniz, məni bu gün əndişələndirən təkcə oğul faciəsi deyil, bu həm də dövlətimizin əsas atribututlarından, sütunlarından olan bir qurumun bu faciəyəyə soyuq münasibəti və qətlin iştrakçısının tapılmaması, cəza almaması haqda bütün səlahiyyətlərindən istifadə etməsidir.

– Konkret olaraq hansı dövlət qurumundan bəhs edirsiz?

– Ölkə başçısına və birinci vitse-prezidentə nüraciətimlə yanaşı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə,  Daxili İşlər Naziri  general-pokovnik Ramil Usubova da müraciət etmişəm. Mehriban xanımın köməlçisi Məlahət xanıma əlimlə təqdim etdiyim şoikayət məktubum da araşdırılması üçün Respublika Prakurorluğuna göndərilib. Mən də olan məlumata görə digər inistansiyalara etdiyim müraciətlər də Prakurorluğa göndərilib ki, araşdırılsın. Lakin Prakurorluq buna heç bir reaksiya vermir. Respublika Prakurorluğu oğlumun ölümünün sirlərini gizlədir

-Bəlkə bu bir istintaq sirridir və ona görə də sizə bu haqda məlumat verilmir…
-Xeyir. Elə bir şey yoxdur. Mənə prakurorluqdan bildiriş gəlib ki, məktubunuz çatıb və sizə nəticə haqda məlumat veriləcək.

-Bəlkə doğurdan da istintaqın nəticəsini gözləmək gərəkir, siz bu müraciətlərlə tələsirsiniz..

-Heç bir istintaq aparılmır. Həm də mənim şikayətim elə Baş Prakurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsindəndir. Onlar da bunu araşdırmır. kim özü özü haqda qərar qəbul edər ki, cinayəti ört basdır edir…

Sizcə səbəbi nədir? Sizinlə hansı düşmənçilik ola bilər ki? Vətəndaş olaraq müraciətlərinizə cavab verilməlidir, şikayətinizə baxılmalıdır axı…
-Məsələ ondadır ki, oğlumun ölümündə mən elə Prakurorluğun idarə rəisinin və müavinin maraqlı olduğunu iddia edirəm
-Çox ağır iddiadır…

-Nə qədər ki, bu cinayətin açılmasında maraqlı deyillər bu iddia daha da güclənəcək. Axı oğlumun işə götürülməsindən ölümünə qədər bütün olaylar qanundan kənar olaraq onların əli ilə olub…

Mənim oğlum  Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı olub. Onu işə Əli Nağıyevin vasitəsi ilə düzəltmişəm və buna görə də məndən 200.000 ABŞ dolları məbləğində şirinlik adı ilə pul alınıb.  Vermişəm. Oğlumu kərküzar kimi işə götürüblər. Əli Nağıyev mənə dedi ki 1 ildən sonra oğluna zabit rütbəsi veriləcək və müstəntiq vəzifəsinə keçiriləcək.

-Və…

-Və heç nə. Bir ilin sonunda ona verdiyi sğzü yadına saldım. Dedi oğluna rütbə vermək üçün sağlamlıq haqqında arayış lazımdır.  Mən də dedim ki siz onu işə götürəndə heç saqlamlıq haqqında arayış istəmədiz, indi nə oldu? bundan sonra sözünü dəyişdi. Sonra da oğlumun başına bu faciə gətirildi…

Söhbətləşdi Ötgün

(Ardı var…)

mersin escort