“Ağladı, ovcunda sıxıb saxladığı Vətən torpağı…”-Səadət Qərib Rzayevanın Xocalı ağrılı şeirləri…

XOCALI – QAN YADDAŞIMIZ
O soyuq gecədə qışın sərt çağı,
Göylərin üzünə vahimə çökdü.
Bilinmirdi uçan güllənin sayı,
O gecə Xocalı göz yaşı tökdü.
Namərdlər hücuma keçdi anidən,
O gecə hər yanı al-qan etdilər.
Soyqırım törədib o gün yenidən,
Xocalını yerlə yeksan etdilər.
Vəhşilər nə qədər canlar aldılar,
Nə uşaq bildilər, nə qoca, cavan.
Insan cilidinə girmiş iblislər,
Günahsız xalqıma tutdular divan.
Mənfur niyyətini işə salaraq,
Qız və gəlinləri təhqir etdilər.
Sanki susamışdı o itlər qana,
O gün Xocalının qanın içdilər.
Hamilə qadının qarnını yarıb,
Canlı körpələri oda atdılar.
Ən ağır genosid bax o gün oldu,
Canlı insanlardan tonqal çatdılar.
Hətta cəsədləri təhqir edərək,
Onları saldılar tanınmaz hala.
Türkün dünyasına təcavüzdür bu,
Qisas qiyamətdə inanma qala.
Xocalı yaramız, qan yaddaşımız,
Bu yara sağalmaz, qanayar heyhat.
O dinsiz, Allahsız, qansız canilər,
Inşəallah cəzasın çəkər ikiqat!
ÖLÜM HƏLƏ SON DEYİL!
 
Yenə quyunun üstündə oturub,
için- icin ağlayır ana.
Elə bil quyuya danışırdı dərdini.
Elə bil ondan umurdu itirdiklərini.
Saçları ay işığında gümüşü rəngdə,
Səsi mərmi hıçqırtısıydı sanki.
Ayağı altında
torpaq da rəngini dəyişib.
Bir igid ömrü yaşadı
bu kabus xatirələrdə,
Düz iyirmi yeddi il.
O gün ki, söküldü
Dan yeri başının üstə,
arzuları haçalandı,
yurdu od tutub, yandı.
Üreyi də yandı o gece.
Üç yaşlı körpə Zəhrasını,
İgid Mübariz balasını,
Gözəl Salatın qızını itirdi,
İtirdi o bütün arzularını.
Duymadı səsini nƏ yer, nə səma,..
Ağladı,
ovcunda sıxıb saxladığı Vətən torpağı.
Torpaq ovcunu yandırdıqca
barmaqları arasından qanlı yas süzülürdü..
Ana öz gözlərini ağır-ağır qapadı,
o gecə yenidən canlandı gözlərində…
Gözünün önündə
qan gölünə bürünmüşdü Xocalı…
Vəhşiliyin görünməmiş dəhşətləri,
İnsanlığın öldüyü gün..
Güllələrin leysan kimi,
Dolu kimi yağdığı o qanlı gecə..
Günahsız insanların çarəsiz qaldığı
o zalım gecə..
Ölümlər… vəhşiliklər… imdadsız körpələr…
analar… yaşlılar…. qız-gəlinlər…
O an ana qəzəbindən var gücüylə bağırdı…
Əllərini açdı göylərə …
-Allahım …. bu ahı yerde qoyma!
qana-qan, cana-can öc alınmalı…
Bəsdir, bəsdir bu qədər
torpağım üstündə gəzdi yağılar…
Birdən ana nəbzinin zəiflədiyini hiss etdi…
Xeyr, xeyr …. 27 ildir mən,
Hər gün ölüb – dirilirəm..
Xocalıma qovuşsam, barı rahat ölərəm..
Allahım, məzarımı Xocalıda qismət elə…
Bu ananın son sözləri oldu…
Qırılmış ümidlərlə birgə son sözləri…
Əllərini açmadan…
ovcundakı o Vətən torpağını elə sıxmışdı ki…
Sabah açılmaq üzrəydi… …
Və qadının yanında bir gənc oğlan
onun başını dizləri üstə qoyub
gözlərinə baxa- baxa qalmışdı..
İlahi, gözlər sanki danışırdı…
Gənc adam o qadının nəvəsi idi….
O ,sadəcə bu sözləri durmadan təkrar edirdi:
Sən rahat yat nənə…
o torpaqlar uğrunda
son nəfəsimizə qədər döyüşəcəyik…
Azərbaycanın bütün torpaqlarını
qan bahasına alacayıq…
Sanki bu sözləri qadın duyurdu…
üzündə təbəssüm və ümid uyuyurdu….
 
Səadət Qərib Rzayeva
(Moskva)
26.02.2019
mersin escort