Heykəl qalmaqalı Zurabişvilini Bakı səfərində tək qoydu

Gürcüstanın Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarından millət vəkilləri Gürcüstan prezidenti Salome Zurabişvilini Bakı səfərinə müşayiət edəcək heyətə qatılmaqdan imtina ediblər.
Moderator.az xəbər verir ki, bu haqda Musavat.com-a açıqlama verən Vahid Milli Hərəkat Partiyasından millət vəkili Azər Süleymanov bildirib ki, səbəb Axalkalakidə erməni terrorçu Mixail Avakyana abidə qoyulmasıdır: ”Azərbaycanlıların milli hüzn günü 20 Yanvarda Axalkalakidə Avakyana qoyulan heykəli prezident Zurabişvilinin seçki qərargahının rəhbəri şəxsən açıb. Biz Qarabağda azərbaycanlıların qanını tökən şəxsə qoyulan heykəlin qırmızı lentini belə bir önəmli mövqe sahibinin kəsməsini azərbaycanlılara qarşı hörmətsizlik kimi qəbul edərək öz etirazımızı parlament tribunası daxil olmaqla bir çox səviyyələrdə bildirmişik. Azərbaycanlılar Gürcüstanın ən böyük milli azlığıdır. Burada yarım milyona qədər türk yaşayır. Azərbaycan-Gürcüstan dost dövlətlərdir və bizi mənəvi bağlarla yanaşı uzun illərə hesablanan strateji tərəfdaşlıq birləşdirir. Biz hesab edirik ki, baş verənlər hər şeydən öncə Gürcüstanın milli maraqlarına ziddir . Ermənilərlə yaxınlaşma siyasətinə prezident Zurabişvili şəxsən rəhbərlik edir. Bizim rəsmi Bakı səfərində onu müşayiət etməyimiz nə siyasi etikaya, nə də milli düşüncəyə sığmaz”.
Azər Süleymanov onu da bildirir ki, Zurabişvilinin Ermənistana yönəlik siyasəti azərbaycanlılara qarşı olarsa, ölkənin bütün sağlam qüvvələri buna etiraz edəcək: ”Biz Gürcüstan – Ermənistan münasibətləri ilə bağlı dövlət siyasətində neytral mövqe tuturuq. O zamana qədər ki, bu bizim milli maraqlarımızı tapdalamasın. Seçkidən öncə xanım Zurabişvili ermənilərə verdiyi bütün vədləri yerinə yetirir və görünən odur ki, bu siyasət davam edəcək. Ancaq bu, türk əhalinin maraqları üzərindən baş verəcəksə, ölkənin sağlam qüvvələri bunun qarşısında dayanacaq. Biz hesab etdik ki, Azərbaycana səfər edən rəsmi heyətə qatılmamağımız bu məsələni dövlətlərarası müzakirə predmetinə çevirər və ən azı gələcəkdə belə problemlər yaşanmaz”
Avropalı Gürcüstan Partiyası isə seçkinin nəticələrini legitim saymadığı üçün prezidentlə səfərə çıxılmayacağını bildirib. A.Süleymanov deyir ki, Avropalı Gürcüstan Partiyası eyni zamanda Qarabağda azərbaycanlıların qanını axıdan terrorçuya heykəl qoyulmasını Gürcüstan-Azərbaycan strateji tərəfdarlığına zərbə sayır.
Müstəqil.Az
mersin escort