“ŞİZOFRENİYA XƏSTƏLİK DEYİL…”-Aygün Sadiq yazır…

ŞİZOFRENİYA XƏSTƏLİK DEYİL.

Beyin problemləri içərisində elə bir növü var ki, insanlar tərəfindən bədbəxtlik, dəlilik, dəhşətli şey kimi tanınır. Şizofreniya el arasında şəxsiyyət pozuntusu kimi tanınsa da, əsl mənası “bölünmüş ağıl” dır.

GENETİKDİR, amma bu, o geni daşıyan hər adamın şizofren olması anlamına gəlməz, genetik əlamət passiv də qala bilər, fəqət, əlaməti tətikləyən hadisə və faktorlar /bioloji, həyati/ genin aktivləşməsini təmin edə bilir. Həmin faktorlar bunlardır: *Təcavüz; *Rədd edilmək; *Narkomaniya/ kimyəvi təsir(məs: hallüsinasiya, paranoya kimi əlamətlər yaratmaq)…

Həmçinin problemi tətikləyən digər səbəblər: *Bu problemi qayğı/stres halına gətirmək; *müalicədən yayınmaq; *çevrədən basqı/ikrah, təkləmək/ , kənarlaşdırmaq; *problemi üzünə vurmaq; *dramatikləşdirmək; *önyarqı: “şizofrensənsə, xəstəsən”, “sağalmazsan”, “zərərlisən”. Şizofreniya insanı bilincinin küncünə sıxışdırıb bilincaltına yerləşmək məcburiyyətində qoyan ruhsal pozuntudur. Duyğu, düşüncə və davranışlarda ciddi ziddiyyətlərə/pozuntulara səbəb olduğu, beyində kimyəvi dəyişikliklərin yarandığı da müşahidə olunur .

Uşaq dünyaya gəldikdən sonra düşüncələrində inkişaf baş verir, müqayisələr yaranır: mən- onlar, Mənim kimliyim- başqasının kimliyi; Mənim – başqasının…. Amma şizofreniyaya tutulanlarda eyni şəxs öz daxilində iki və ya üç fərqli adamın (xoşməramlı, bədniyyətli; rəy bildirən, əmr verən; ona nifrət edən) olduğunu qəbul edib inanır. Hər 140 adamdan birində rast gəlinən pozuntudur və onlar beyinin kimyəvi dəyişiklik səbəbindən təbiət/mühit hadisələrinin özləri ilə əlaqəli olduğunu zənn edirlər. Kişilərdə 27, qadınlarda 21 yaşda ortaya çıxa bilir. Ömrün hər mərhələsində başlaya bilər. Bu pozuntu zamanı beyinin enerji proqramlaşdırılması pozulur, adamın həqiqətlə olan münasibəti minimuma enir. Rahatsızlığı hiss etməmək və gerçəkləri qəbul etməmək əsas əlamətdir. İlkin əlamətlər: *beyinin içində səs eşidilməsi ilə başlaya bilir; *paranoya; * obsessiv-kompulsiv pozuntular artır; *hər kəsdən və hər situasiyadan şübhələnmək kimi detallarla davam edir.

Beyindəki səs və əmrlərin mütəmadi hal alması da bu əlamətlərə daxildir. Mütəxəssislərin etdiyi araşdırmalarda belə insanların beyində eşitdiyi səs və əmrlərdən rahatsız olduğu, səsləri susdura bilmək üçün özlərinə zərər verdiyi kimi etirafları, hər şeydən, təbiətdən, hər kəsdən, hətta valideynlərdən belə, qorxub şübhələndikləri söylənilib.

Onlar əmrlərə tabedir. Durumlarda daim içdən gələn səsin/əmr və rəy xarakterli ola bilir/ fikri ilə davranır. İçlərində iki/üç adamın olduğunu düşünürlər. Onların fikirlərinin ictimaiyyətə yayınlandığına, hamının onları izlədiyinə, öldürülmək təhlükəsinin olduğuna və s.kimi düşüncələrə əmindirlər. Kapqras, erotomaniya, kotard, freqoli, otello sindromu da bu problemin bir hissəsi olaraq görülməkdədir və paranoyak şizofreniya içərisində yer alır: məs: hər kəsin saxtakar olduğu, tanımadığı adamın ona aşiq olmasına əminlik və ətrafı buna inandırmaq, bədənin/qanın çürümüş olması iddiası(bəzən iddiasını isbatlamaq üçün intihara cəhd də müşahidə edilir ), bədənin hansısa üzvünün olmamasını, üzləri maska kimi görmək, anormal qısqanclıq görsəl və eşitsəl olaraq iddia edirlər. Dostlar, şizofrenlər müalicə ilə problemə qalib gələ bilən, adi insanlardan daha çox faydalı ola bilən insanlardır, bizim kimidirlər, onları aşağılamayın; onların intellekt və qabiliyyətlərindən faydalana bilərik. Heç bir xəstəlik yoxdur. Şizofreniya- sevgi ilə yaxşılaşan, nifrət və önyarqı ilə şiddətlənən problemdir.

Hər dəfəsində olduğu kimi, bu yazımda da qeyd edirəm: şizofreniya xəstəlik yox, ruhsal sıxıntıdır. Həkimlə görüşün; Əgər həkiminiz sizi “pasient” adlandırırsa, onu başqa həkimlə əvəz edin.

Aygün Sadiq

mersin escort