Onu əslində 2002-ci ildən tanıyıram,amma qiyabi olaraq…
 Ömür Yoldaşım Səfa Rəşid 1999-cu ildən ədəbi mühitlə əlaqədə olduğu üçün tez-tez adlarını çəkirdi dostlarının… Həmçinin o insanın da…
İllər ötdü,qismətimizə yazılan qəriblik payımızı da yaşamağa üz tutduq İspaniyaya…
Amma sosial şəbəkələrin sayəsində uzaq illərin arxasında qalan tanışlar,doğmalar yenə evimizin içinə mavi ekrandan boylandı…
Biz onunla Səfanın sayəsində tanış olduq… Və o gündən Faiq Balabəyli ailəmizin doğma üzvünə çevrildi. Mehribanlığı,səmimiliyi,insansevərliyi,dostcanlılığı ilə Sevilir Faiq müəllim.
Bu gün ata-bala,bacı-qardaş kimi Müstəqil.az saytında da bərabər çalışırıq onunla..
O,ətrafında kimin nə dəyərə layiq olduğunu bilən, hər kəsi özünə layiq səviyyədə dəyərləndirən,insanlıq,yüksək mənəviyyat,gözəllik aşiqidir desəm,yanılmaram.
Adana səfərimiz boyu onun duzlu,şirin söhbətlərini,olan hadisələrə necə maraqlı və baməza don geydirərək danışdığını xatırlayanda ixtiyarsız olaraq dodaqlarım qaçır çox vaxt…))
FAİQ BALABƏYLİ Ömrünün 55 ilinin çoxunu dənizin mavi sularına yazıb qəlbinin,gözlərinin dərinliklərindən süzülüb gələn misralarla… Dəniz və ədəbiyyat eşqi yaşatmış onu…
Bəzən həssas qəlbi zamanın acımasızlıqlarında sözünə baxmamış,yaşadığı çətin və şərəfli ömür yoluna baxmayaraq yorulmuş,yumruqlamış sinəsini..,-“Yorğunam..”-demiş…
Amma pozitivliyi,yorulmaz əzmi ilə köksündəki narahatlıqları sığallamış,nazlamış:”-Bu yolda məni yarımçıq buraxma,davam edək,dostum!”-demiş yorğun ürəyinə….
Və Həyatına yeni həvəs,nəfəs,sevinc və güc gətirən balaca “Dənizi” bu dünyada hamıdan güclü etmiş onu indi… Gözlərindəki məsum,saf,mələk sevgisi ilə üzünü güldürən yaşam enerjisi-Dənizi,ona ömrünün ilk “Dənizli” yubileyini yaşadır bu gün…
Yubiley yaşınız mübarək,gözəl insan! Sizi sevənlərin əhatəsində ,arzularınızın əllərindən tutub növbəti,saysız-hesabsız yubileylərə yol gedin… Ömrünüzün 55-ci gəncliyi,55-ci baharı mübarək!..
Dərin hörmət hissi və sayğı ilə: Aysel Xanlarqızı Səfərli

 

102 baxılıb