“Yoluxucu xəstəliyi olan müəllimlər 20 manata sağlamlıq arayışı alırlar” – EKSPERT

“Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi çox vacib sənəddi. Amma bu sənədin işləkliyini təmin etmək üçün mütləq müəllimlər tibbi müayinədən keçirilməlidir”. 
Müstəqil.Az bildirir ki,Bu sözləri BakuPost-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, qanunda müəllimlərin  hər il tibbi müayinədən keçirilməsi nəzərdə tutulsa da, bu faktiki həyata keçirilmir: “Müəllimlər çox vaxt tibb müəssisələrinə getmədən, 20 manata sağlamlıq haqqında arayış alıb, tələb olunan sənədlərə əlavə edirlər. Bu işi şəffaf şəkildə həyata keçirmək uşun başqa mexanizmlər fikirləşmək lazımdı, bəlkə əlavə komissiya bu işi həyata keçirməlidir”.
Təhsil eksperti iddia edir ki, tibbi müayinə düzgün aparılsa, dəhşətli bir mənzərə ortaya çıxar: “Tam əminliklə deyə bilərəm ki, düzgün tibbi müayinə aparılsa, siyahıda göstərilən 34 xəstəliyinin hər birinin daşıyıcısına rast gəlinər. Ölkədə 151 min müəllim, 1,6 milyon şagird var. Bu müəllimlərin arasında ən ağır yoluxucu xəstəliyin daşıyıcılarına rast gəlmək mümkündür.
Müəllimlərin sağlamlığı 1,6 milyon nəfərin sağlamlığına bir başa təsiri var. Ona görə də müəyyən xəstəliklərin daşıyıcısı olan pedaqoji fəaliyyətlə məşğul şəxslərin işdən kənarlaşdırılması təşəbbüsü vaxtında atılmış addımdır. Hesab edirəm ki, baş nazir tərəfindən hazırlanmış və 34 xəstəliyin adı olduğu siyahı üzrə ciddi şəkildə orta məktəblərdə tibbi müayinə həyata keçirmək və bu xəstəliklərin daşıyıcısı olan şəxslərin tədris prosesindən kənarlaşdırılması haqqında qərar qəbul etmək lazımdır. Bu təhsilin inkişafı üçün çox vacibdir. Çünki bəzən orta məktəblərdə müəllimlər şagirdlərə qarşı fiziki zorakılıq edirlər, onları döyürlər. Bu onu göstərir ki, onların psixoloji vəziyyəti yaxşı deyil”.
Qeyd edək ki, “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib. Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı belədir:
 
1. A15 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi
2. F00 Alsheymer xəstəliyi zamanı demensiya
3. F01 Vaskulyar demensiya
4. F02 Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya
5. F03 Dəqiqləşdirilməmiş demensiya
6. F06.0 Üzvi hallyüsinoz
7. F06.1 Üzvi-katatonik hal
8. F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu
9. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu
10. F10 Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
11. F11 Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
12. F12 Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
13. F14 Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
14. F16 Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları
15. F20 Şizofreniya
16. F22 Xroniki sayıqlama pozuntuları
17. F31.1 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu
18. F31.2 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu
19. F31.4 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
20. F31.5 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
21. F33.3 Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod
22. F60.0 Şəxsiyyətin paranoid pozuntusu
23. F60.2 Şəxsiyyətin dissosial pozuntusu
24. F60.3 Şəxsiyyətin emosional davamsız pozuntusu
25. F60.4 Şəxsiyyətin isterik pozuntusu
26. F63.0 Azartlı oyunlara patoloji meyil
27. F63.1 Yanğına patoloji hərislik (piromaniya)
28. F63.2 Oğurluğa patoloji hərislik (kleptomaniya)
29. F65 Seksual seçimin pozuntusu
30. F98.5 Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)
31. H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)
32. J38.0 Səs büküşlərinin və qırtlağın iflici
33. H54.0 Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)
34. H54.1 Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)
mersin escort