“Sındırıram aynalardan qəlbimi, Küsdürürəm ürəyimi hamıdan…”-Yunus Əfəndi…

Müstəqil.Az gənc şair  Yunus Əfəndinin qürbət şeirlərini təqdim edir:

Unutmuram

Tale bizə heç gülmədi, neyləyək…
Bəxtimizə bir ulduz da doğmadı.
Üzərimdə ətirlənir saç telin,
Kədərinsə hamısından doğmadı.

Hey suzurəm badələri sağlığa,
Sonuncunun canı çixar, deyirəm.
Səni dartıb çixarıram canımdan,
Tellərini qucağima əyirəm.

Bu sevgimə yandırıram uzərlik,
Kədərim var, tustusundə boğacam.
Darıxiram,darıxıram unudum,
Unutmuram ,unutmuram balacam…

 

Küsdürürəm

Utanaram yalanı ağ sevgidən,
Aldadıram ömür adlı zamanı.
Yollar bitir bir sonuncu ümid tək,
Darıxdırır ürəyimin gümanı.

Günlər məni vağzallara daşıyar,
Donub gedir damarımın qanı da.
Sındırıram aynalardan qəlbimi,
Küsdürürəm ürəyimi hamıdan.

 

Qürbət eldə

Uzaqlara nə pay duşər,
Verin, gülə- gülə verin.
Qurbət elə nəvə payı,
Verin, bilə -bilə verin.

Arzular var, yuxusu daş,
Gözu yolda o qaraqaş.
Nazlı qızlar qalıb caşbaş,
Qar ömrunu külə verin.

Bizim qızlar qəm qoxusun,
Yanağına nəm toxusun.
Sevgimizin ən çoxusun,
O “sarışın gilə” verin.

Bir ağrı var, keçə bizi,
Çeviriblər heçə bizi.
Yığın ,küçə- küçə bizi,
Qurbət eldə gülə verin.

 

Bir yalnızlıq sevdim

Bir yalnızlıq sevdim
bu gun.
Qollarım çarpaz sinəmdə.
Üzunə gülə bilmədim,
Gülüşüm qaldı dünəndə.

Heç sənlə də, görmədim heç
Yazın cənnət qoxusunu.
Mən hələ yaxşı sevmirəm,
Bu
dərdlərin çoxusunu.

Daha bir də geri dönməz,
Yox olub getdiyim gecə.
Boynuna sarıldığım gün,
Çiynindən öpdüyum gecə.

 

 

Hər şey….

Hər şey yalqızlığımla başladı ve bitdi…

O gün kəpənəklər də yağmurda qanadlarını itirdi.,.torpaq suyunu kəsdi çox sonralar hər şeydən…

Çəmənliklərin sinəsinə sarılıq xəstəliyi daraşdı…

Sənin məktəbli çantanda qaldı mənim çızdığım ürək şəkli…

Nə sən ona adını yazdın ,nə də mən yiyə dura bilmədim sonuna qədər…

Başım tətillərə qarışdı xəyallarımda…

Dunyanın ən uca zirvələrində şəkillər çəkdirdim səninlə…Tez böyüdük…
Surət qatarlarında qəzadan sağ çıxdım və bir gün təyyarə qəzasında sol qanadından qırıldım…

Pasportum ködəkçəmin cibində sənin şəklinlə açildi….

Qəzetlərin ilk səhifəsində yayımlandı fotolarımız..

Nə bəxtəvər kədəri vardı insanların…və biz belə xoşbəxt ola bildik…

mersin escort