Oğlu öldürülmüş ata Heydər Əliyevin məzarına açıq məktub yazdı

OĞLUNUN QATİLLƏRİNİN CƏZALANDIRILMASINI İSTƏYİR

Xəbər verdiyimiz kimi Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11  ünvanında yaşayan Hüseynov Bəybala Qaraş oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə,  Daxili İşlər Naziri  general-pokovnik Ramil Usubova, Milli Məclisə və digər inistansiyalara ünvanladığı  məktubun bir surətini də  “ Müstəqil.Az” -a göndərmişdir.

Məktubda dəhşətli bir cinayətdən bəhs olunduğunu dəyərli oxucular artıq məlumatlıdır. Hüseynov Bəybala Qaraş oğlunun iddiasına görə onun oğlu, Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı  Hüseynov Emin Bəybala oğlu  2017-ci ilin avqust ayının 18-də Türkiyə Respublikasının Antalya şəhərində zəhərləndirilərək öldürülmüşdür. Atanın qətl hadisəsi kimi xarakterizə etdiyi bu faciənin araşdırılması həm Türkiyə, həm də Azərbaycan tərəfindən səthi aparılmış, Bəybala Hüseynovun iddiasına görə cinayətin üstünün ört-basdır edilməsi istiqamətində işlər görülmüşdür.

Yuxarıda göstərilən inistansiyalara ünvanlanan məktularda oğlunun qətlinin araşdırılması xahişini edən ataya heç bir cavab verilməmişdir. Onun dediyinə görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev və digərləri bu cinayətin üstünün açılmasında maraqlı deyil, və onun müraciətlərini yayınlayan mətbuat orqanlarının rəhbərlərinə hədə qorxu gəlinir, təhdid edilir. Əlləri hər yerdən üzülən Bəybala Hüseynov ümummilli lider, mərhum Prezident Heydər Əliyevin məzarı önündə olub və mərhum Prezidentin məzarına şikayət məktubu ilə müraciət edib. Həmin məktubun bir surətini də Müstəqil.Az -a göndərib. Məktubu olduğu kimi yayınlayırıq:

Əziz Ümummilli Lider!

İlk öncə məzarınızın qarşısında baş əyir, ruhunuza dualar oxuyub, salavat çevirirəm. Tanrımıza şükr edirəm ki, Sizin kimi bir Ali-zatı millətimizə ərməğan edib və sizin adınız bu ölkənin adı ilə bərabər çəkilir. Siz unudulmursunuz və unudulmayacaqsınız!

Əziz Ümummilli Liderimin pak ruhu!

Sizə ULU Tanrıdan rəhmət diləyirəm və ruhunuzu narahat etdimsə bağışlanmağımı istəyirəm.

Sizin ruhunuz qarşısında məlul dayanaraq müraciət etməyimin bir səbəbi var, oğlum Eminin zəhərləndirilərək öldürülməsində maraqlı olan adamların haqlı cəzalarını almaması və hələ də yüksək kürsülərdə oturaraq ölkədə kriminal rejimin aktivləşməsində, rüşvətin və korrupsiyanın çiçəklənməsində birbaşa rol oynamalarıdır.

Əziz Ümummilli Liderimin saf ruhu!

Sizi məlum etmək istəyirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Hüseynov Emin Bəybala oğlunun18 avqust 2017-ci il tarixində Türkiyə Respublikasının Antalya şəhərində zəhərləndirilərək öldürülmüşdür.

Bununla bağlı Sizin layiqli davamçınız Azərbaycan Respublikası Przidenti İlham Əliyev Cənablarına, Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya, bütün hüquq mühafizə orqanlarına  müraciətlər etmişəm. Göndərdiyim müraciətlər müvafiq olaraq  aldığım cavablara əsasən eyni qayda da  Baş Prokurorluğa göndərilib. Əminəm ki, 2017-ci ildən bu günə qədər Baş Prokuror Zakir Qaralova ünvanladığım coxlu sayda müraciətlərim kimi baxılmamış şəkildə kənara atılmış kimi ola bilir. Odur ki, mən oğlumun ölümü ilə bağlı məlumatları Sizin məzarınız önündə,  saf ruhunuz qarşısında baş əyərək sizə çatdırmağa çalışıram. Müxtəlif qəzet və saytlara müraciət etmşəm, müraciətlərim qəzet və saytlarda dərc olunub. Məqalələrdə adı çəkilən və oğlumun ölümündə şübhəli bilinən  Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin  rəis müavini Əli Nağıyev qəzet və sayt rəhbərlərini idarəyə cağırıb, onları  təhqir etmiş, hədə qorxu gəlmiş ( “Hakimiyyət “  qəzetinin bu haqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı müraciətinin surəti təqdim edilmişdir ), onları həbs etdirmək  ilə hədələmişdir. Onun sözlərinə görə Hüseynov Bəybala Qaraş oğlu  kimə müraciət edirsə, həmin müraciətlərin hamısı onun stolunun üstündədir, demək hər şeydən xəbərdardır və oğlumun qətlində günahkar olanlar cavabsız qalmaqdadır. Oğlumun qanunsuz   Baş Prokurorluğa işə  qəbul olunması  və işə  qəbul olunmaq  üçün verilən 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin kimə çatması da Əli Nağıyev vasitəsi ilə olub. İstənilən halda  oğlumun ölümünün  araşdırılmasında Baş Prokurorluq maraqlı olmalıdır. Oğlumun ölümündən 18 ay keçməsinə baxmayaraq   dəfələrlə müraciətlərimə Baş Prokurorluq öz münasibətini bildirmir və Baş Prokurorluğun öz əməkdaşının zəhərləndirilərək öldürülməsinə  öz münasibətini bildirməməsi çox şübhəlidir. Belə hallar vətəndaşların öz problemlərini həll etmək üçün Avropa dövlətlərinə üz tutmalarına səbəb olur.  Belə hallar  Sizin qurub yaratdığınız müstəqil Azərbaycan Respublikasının beynəlxalq miqyasda mənafeyinə toxuna bilər. Ona görə belə halların qarşısı alınmalıdır.

Əziz Ümummilli Liderimin pak ruhu!

Əlavə olaraq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsinin əməkdaşı  (ilkin olaraq karğüzar, məsləhətçi, 1 ( bir ) il  sonra rütbə verilib, müstəntiq vəzifəsinə yüksəldilməsinə söz verilmiş ) 1988-ci il təvəllüdlü oğlum Hüseynov Emin Bəybala oğlu 18 avqust 2017-ci il tarixində  növbəti məzuniyyəti müddətində Türkiyə Dövlətinin Antalya şəhərində istirahət zamanı zəhərləndirilərək öldürülmüşdür. Oğlumun ölümü ilə bağlı video görüntülər var, video görüntülərə görə oğlum istirahət etdiyi otelin idman zalında məşq edərkən anidən beyin ölümü keçirərək öldüyü görünür, bu görüntüləri istintaq zamanı təqdim edəcəyik.  Beyin ölümü keçirməsini təsdiq edən kompyuter tomoqrafiyanın cavabı, bir çox Türkiyə Dövlətinin Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin xəstəxanaların verdiyi qan nəticələrinə görə həqiqətən də ölümün xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində olduğunu sübut edən bir çox ekspert rəyləri var, və onları da istintaq zamanı  təqdim edə bilərik. Hadisənin baş verdiyi an təcili yardım maşınının xəstəni dövlət xəstəxanasına deyil, özəl xəstəxanaya aparması, bu hadisənin hüquq-mühafizə orqanlarından gizli saxlanılması, qanın zəhərlənməsinə dair qan nəticələrinin  gizlədilməsi, Prokurorluq tərəfindən istənilən zaman qan nəticələrinin təqdim olunmaması,   həkimlərdən ifadə alınarkən onların şübhəli ifadəsi, düzgün ifadə verilməməsi, Türkiyə Prokurorluğunun mənim açıqlamamdan sonra təkrar ifadə alınmaması, oğlum vəfat etdikdən sonra otopsi götürülmədən, saxta ölüm arayışı tərtib olunması, Azərbaycan vətəndaşı olmasına baxmayaraq Türkiyədəki Azərbaycan Səfirliyinə məlumat verilmədən mərhumun Azərbaycana repatriasiya olunması  şübhəli məqamlardandır. Türkiyədə bizə kömək etmək istəyən Mustafa adlı bir nəfərin sözlərinə görə onun Azərbaycanda yüksək vəzifədə işləyən dostları var, onlara zəng etmiş, bu məsələni yaxın dostlarından öyrənmişdir ki, bu ölüm dövlət səviyyəsində bir ölümdür, sifariş Azərbaycanın yüksəkvəzifəli məmurları tərəfindən edilmişdir.  Bu işin Türkiyədə açılması qeyri-mümkündür və mənim vəkillərimə bu işin başını buaxılmasını məsləhət gördü və dedi ki,-Bu işi təşkil edən adamlar siz Türk vətəndaşı  olmağınıza baxmayaraq Türkiyədə belə  hər an sizə problem yarada bilərlər. Doğrudan da bu günə qədər Türkiyə Prokurorluğu dəlil və sübutların ona təqdim olunmasına baxmayaraq bu cinayətin açılması üzrə heç bir iş aparmamışdır.

Əziz Ümummilli Liderimin pak ruhu!

Buna görə də mən  kömək məqsədi ilə2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova bu işdə mənə köməklik göstərilməsi ilə bağlı müraciət etdim, bu günə qədər mənim müraciətim cavabsız qaldı, Türkiyə Prokurorluğuna kömək məqsədi ilə müraciət ünvanlanmamışdır və bu günə qədər bütün qurumlara ünvanladığım saysız-hesabsız müraciətlərim cavabsız qaldı. Amma mən elə düşünmürdüm, düşünürdüm ki, dövlətim mənə sahib çıxacaq, günahsız oğlumun şərəfsiz insanlar tərəfindən qətlə yetirilməsi araşdırılacaq və nəticəsi barədə hər kəs xəbərdar olacaq. Amma nədənsə hamı susur, ola bilər ki, sizin layiqli davamçınız olan cənab Prezidentimiz düzgün məlumatlandırılmır. Əgər bu belədirsə, belə laqeyd  hallar cənab Prezidentin gördüyü bu böyük işlərə kölgə sala bilər.

Əziz Ümummilli Liderimin pak ruhu!

Oğlumun birinci dərəcəli dövlət qulluğuna, Baş Prokurorluğa yararsız (xəstəliyi ilə əlaqədar hərbi xidmətdə qulluq etməməsi) olduğu halda, işə qəbulu zamanı Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərkənar qoyulmuş ərizəsi və  işə qəbulu zamanı hazırlanmış şəxsi işi hal-hazırda Baş Prokurorluqda saxlanılır, araşdırıla bilər. İlkin olaraq kargüzar-məsləhətçi və bir il sonra rütbə verilərək müstəntiq vəzifəsinə keçirilməsi üçün  200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin alınması, Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə- rəhbərliyin göstərişidir, bu iş barəsində mənə heç bir məlumat verilməsin və heç bir sənəd göstərilməsin, hansı ki, heç bir istintaq getmir və belə hallar istintaq sirri deyil və Baş Prokurorluğun mənim saysız-hesabsız müraciətlərimə biganə qalaraq cavab verməməsi, bütün bunları xatırladıqca Türkiyədəki bizə kömək etmək istəyən  Mustafa adlı bir nəfərin sözlərini xatırlayıram-Bu ölüm dövlət tərəfindən, yəni yüksək vəzifəli məmurların sifarişidir, bu işin başını buraxın. Buradan belə görünür ki, Mustafa haqlı imiş. Saysız-hesabsız müraciətlərimə cavab verən yoxdur.  Deməli oğlumun ölümünü sifariş verənlərin əsas məqsədi birinci dərəcəli dövlət qulluğuna yararsız olduğu halda onun işə qəbulu zamanı  alınmış 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində  rüşvətin ört-basdır ediməsi və işə qəbuldakı qanunsuzluğun izini itirməkdir. Amma bu iz itən deyil, mən oğlumun ölümünü sifariş və təşkil edənlərin hər birindən  soruşacağam.

Oğlumun ölümündə sifarişçilərin istifadə etdiyi şəxslərdən biri onlara istirahət üçün turpaketi təşkil edən “ Avanqard Travel “ turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Belə ki, Yeganə Nağıyeva heç bir əsas olmadan oğluma, istirahətdə olduğu zaman, mənbəyi və mənşəyi məlum olmayan yaxtatur gəzintisi hədiyyə etdirmiş,  və oğlumun zəhərləndirilməsidə elə o zaman baş vermişdir. Bu günə qədər Y. Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğu və kimlər tərəfindən həyata keçirildiyin açıqlamır. O, əsas gətirir ki, mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm, -sən ver məhkəməyə, mən adları məhkəmədə açıqlayacağam. Bunları təsdiq edən audio səs yazıları var, nədənsə bu günə qədər mən onun ifadəsini aldıra bilmirəm. Y.Nağıyeva bu işi təşkil edənlərə çox arxayındır, elə düşünür ki, Azərbaycanda cürət edib bu məsələni məhkəməyə verə biləcək bir şəxs yoxdur. Nəinki Y.Nağıyeva və eləcə də bu işin iştirakçıları, hər kəs arxayındır ki, bu məsələ ilə bağlı  heç kim cürət edib cinayət işi aça  bilməz, amma mən, çox əziz Ümummilli Liderinin saf ruhu, Sizə arxalanıb, onlara söz verirəm ki, bu məsələ ilə bağlı cinayət işi açılacaq və hər kəs cəzasını alacaq.

Əziz Ümummilli Liderimin pak ruhu!

Sizi bu dövlətin banisi hesab edirik və edəcəyik də. Sizin ölkəyə rəhbərliyiniz dönəmində belə qan içənlər daima öz layiq olduqları cəzanı alıblar. Və inanıram ki, bu hadisələr sizin ruhunuzun narahat olmasına səbəb olacaq. Axı siz bütün vətəndaşlarınıza öz balanız kimi baxmısınız.  Nadana, xainə, qatilə, ölkəyə, onun qanunlarına xəyanət edənlərə qarşı amansız olmusunuz.  Bütün bunlar məni vadar etdi ki, həmişəki kimi sizin məzarınız önünə gəlim, çiçək dəstəsi qoyum, rhunuza salavat çevirib Allahdan rəhmət diləyim. Bir də yenicə toyunu etdiyim, xoşbəxt həyat arzulasam da onu verə bilmədiyim gənc oğlumun narahat ruhunun çəkdiyi iztirabları sizə bildirim.

Ümüdümüz sizədir!

Hörmətlə: Hüseynov Bəybala Qaraş oğlu.

Bakı şəhəri, T. Məmmədov küçəsi,ev 18, mənzil 11

      19 fevral 2019-cu il “

https://www.youtube.com/watch?v=sCqJMo7gWrM&fbclid=IwAR3K01VpFJhcReERLlq-VtVa12y__oM7N01VtLczCQf-BvespbUk8zKZY0U&app=desktop

mersin escort