Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 5 Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qar­şısı alın­ıb.

 

DSX-dən  verilən məlumata görə, 17 fevral tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.

 

Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

 

Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barə­lərində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.(modern.az)

 Müstəqil.az
mersin escort