İki nəfər edam edildi

İranda qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, edamlar Sistan-Bəlucistan əyalətinin Zahidan və İranşəhr şəhərlərində həyata keçirilib.

Məlumata görə, 4 il əvvəl naməlum səbəbə görə qətl törədən məhkum Rza Sarani Zahidan şəhər həbsxanasında dara çəkilib.

Həmçinin eyni ittihamla edama məhkum edilmiş digər məhkum, 25 yaşlı Milad Dürzadə isə İranşəhr həbsxanasında dar ağacından asılıb.

Edam edilən şəxslərin məhkəmə prosesi haqda məlumat verilməyib.

mersin escort