Erməniyə qız verən Kərimovu “Prezident”otelində baş tutan rəsmi görüşə buraxmadılar– Video

Xəbər verildiyi kimi, dünən Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüşdə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov çağrılmamış qonaq qismində iştirak etməyə cəhd göstərib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, “Prezident” hotelində baş tutan görüşə qatılmaq istəyən A.Kərimov və tərəfdaşları həmin məkandan uzaqlaşdırılıb.

Beynəlxalq İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov A.Kərimova yaxınlaşaraq ona suallar verib. A.Kərimov isə sualları cavablandırmaq əvəzinə jurnalisti tanımadığını və onun təxribatla məşğul olduğunu bildirib.

Həmin anların videosunu təqdim edirik.

Onu da bildirək ki, A.Kərimov tədbirdə ermənilərin maraqlarını müdafiə etməyə çalışıb. F.Abbasov daha öncəki videosunda bu haqda deyib:

“Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”.


mersin escort