“Space tv”-nin Aparıcısı Anar hansı səbəbdən göz yaşlarına boğuldu?..- FOTO

“Space” telekanalnın “Hər səhər” verilişinin son buraxılışında duyğulu anlar yaşanıb.

Müstəqil.Az bildirir ki, Gülyaz və Gülyanaq bacılarının proqramda qonaq olarkən atalarının vəfatı xəbərini eşidən zaman keçirdiyi hisslərə üzülən aparıcı Anar da göz yaşlarını gizlədə bilməyib.

Xalq artistləri, Gülyaz və Gülyanaq Məmmədova bacıları da qonaq olduqları proqramda atalarının vəfatı xəbərini eşidən zaman yaşadıqları hissləri açıqlayıblar.

Gülyanaq Məmədova bildirib ki, iki həftədən sonra atalarının birinci ildönümü, anım günü yaxınlaşır.

Verilişin aparıcısı Anarın sözlərinə görə, həmin gün Gülyaz xanım ona vatsapda səsli mesaj göndərib:

“Dedi ki, “atam dünyasını dəyişib mən gedirəm”. Sükan arxasında idiniz deyəsən. Bircə kəlmə bildirdi ki, “Anar, Gülyanağa hələ heç nə demə”. Siz onun son mənzilə yola salınmasını görmədiniz”.

Gülyaz Məmmədovanın sözlərinə görə, hadisədən bir gün əvvəl Gülyanaq Vyanaya uçmuşdu.

Gülyanaq Məmmədova: “Səhər tezdən təyyarədən enən kimi telefonu açdım. Zənglər gəldi. Hamı deyirdi “Allah rəhmət etsin atanıza”. Sual etdim ki, atama nə olub. Çünki mən gözləmədiyim bir xəbəri eşitdim. O xəbər mənim üçün çox ağır idi. Dedim ola bilməz, bəlkə əmimdir. Çünki 5-6 ildir yataq xəstəsi idi. Gedəndə əmimlə sağollaşdım ki, bəlkə gəlib görə bilmədim. Son günlərini yaşayırdı. Bu səbəbdən mənim üçün çox ağır oldu. O anlara qayıtmaq istəmirəm”.

Gülyaz Məmmədova da həmin gün yaşananları anladıb:

“Sonuncu anama mən zəng etdim. Soruşdum, ay mama atama nə olub niyə elə qışqırır. Sən demə ürəyi tutub, son nəfəsi idi. Dedim telefonu açıq saxla mən də eşidim. Elə onu duydum ki, “ay Sevda mənə nə oldu”. Atam həmin anda artıq canını tapşırırmış”.
Xalq artistlərinin bu etirafları hər kəsi, hətta verilişin aparıcısı na kövrəldib.

Müstəqil.Az

mersin escort