Hacı Nuran subaylığın daşını atır?

“Həyat” xeyriyyə fondunun təsisçisi, məşhur aparıcı Hacı Nuran Hüseynov subaylığın daşını atmaq niyyətindədir.

Müstəqil.az xəbər verir ki, aparıcı bu barədə “ATV maqazin onlarla” proqramında danışarkən deyib.

42 yaşlı aparıcının sözlərinə görə, ailə quracağı xanım mərhəmət və xeyirxahlıq kimi insani keyfiyyətlərə sahib olmalıdır: “İstərdim ki, gələcək həyat yoldaşım mənim kimi xeyirxah olsun və insanlara kömək etsin. Evə gec gələndə isə başqa bir şey fikirləşməsin”.

Qeyd edək ki, bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran indəyədək ailə qurmayıb.(publika.az)

Müstəqil.Az

mersin escort