Bakı Dövlət Universiteti böyük dəyişikliklər astanasında

Yaddaşlarda qalanlar, unudulmayanlar…

Köhnə yurdun qədrini təzə yurdda bilərlər, deyimi var. Bu ifadəni yurdla yanaşı insanlara şamil edənlər də az deyil. Bu deyimi çox eşitsəm də, özüm çox az işlətmişəm, həmişə də yerinə düşəndə.

Köhnə yurdun qədrini təzə yurdda bilərlər, deyimi var. Bu ifadəni yurdla yanaşı insanlara şamil edənlər də az deyil. Bu ifadəni çox eşitsəm də özüm çox az işlətmişəm, həmişə də yerinə düşəndə. Bu dəfə isə deyəsən fərqli oldu…Köhnə yurda köhnə rəhbərin yox, deyəsən təzə rəhbərin qədrini biləcəklər, xoş xatırlayacaqlar, razı qalacaqlar. Çox az bir vaxt geçsə də…

Bakı Dövlət Universitetindən bəhs etmək istəyirəm. Elm və təhsilimizin flaqmanı adlandırılan bu Ali təhsil ocağının dünəni, bu günü, sabahı haqda hələ çox danışılacaq. Yaddaşlarda qalanlar, unudulmayanlar çoxdur; hər iki anlamda, həm yaxşı, həm də pis.

Mən universitetin bu günündən bəhs etmək istəyirəm. Heç iki ay olmayan  bir müddətdə baş verən yenilikdən, ənənəsi, keçmişi, tarixi olan bu Ali təhsil ocağının bu qısa müddətdə yazılmaqda davam edən və gələcəkdə xoş xatırlanacaq tarixinin yeni səhifələrinə nəzər salmaq istəyirəm.

Bakı Dövlət Universitetində baş verən dəyişikliklər

22 dekabr 2018-ci ildən universitetin həyatında yeni bir abu-hava hökm sürməkdədir. Müşahidələrimə və eşitdiklərimə söykənərək əminliklə deyirəm ki,  bu qısa zaman kəsiyində Bakı Dövlət Universitetində baş verən dəyişikliklər bu təhsil ocağının kollektivinin yaddaşından uzun müddət silinməyəcək.

Ömürlərini universitetə bağlayanlar, uzun müddət burda çalışanlar 22 dekabr 2018-ci il tarixini universitetin yenidən  yarandığı gün və yaxud ikinci ad günü adlandırmaqdan belə çəkinmir. Maraqlıdır, nədir axı elm və təhsilimizin flaqmanı adlandırılan bu Ali məktəbimizin ziyalılarını bu qədər ümidləndirən hadisə? Onların nikbin əhval-ruhiyəsi nəyə söykənir?

Ötən ilin 22 dekabrında 20 il Bakı Dövlət Universitetinə rəhbərlik edən akademik Abel Məhərrəmovun yerinə rektor vəzifəsini icra etmək üçun Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudun Qurbanov təyin olundu. Çoxları bu dəyişikliyi toplananların yeri dəyişdikdə, cəm dəyişmir kimi, ifadə etdi özlüyündə və çox qısa bir müddətdə yanıldıqlarını etiraf etdilər.

REKTOR imici 

Bəs görəsən rektorun dəyişməsindən sonra qısa müddətdən hansı dəyişiklər baş verdi ki, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri, valideynlər yaxşılıqların baş verməsinə bu qədər ümidlidirlər?

-İlk növbədə ona görə ki, universitet əməkdaşlarının 20 il ərzində yaddaşlarında həkk olan REKTOR imici tamam dəyişib. Həm də ona görə ki,  20 il ərzində universitetin ziyalı elitası görmədikləri ziyalı etikasını görür.  BDU-nun professor-müəllim heyəti və tələbələrinin universitet rəhbərindən görmədikləri, duymadıqları münasibətlə qarşılaşıb. Cəmi iki ay öncəyə qədər BDU-da Rektorun ona verilən salamları dilucu alması belə böyük hadisə kimi qeyd olunurdu, – hələki adının çəkilmsini istəməyən Universitetin professorlarından biri belə deyir.

Universitet yoxsa şadlıq sarayı

Müshibimlə söhbətimdən məlum olur ki, universitetin dəhlizlərinə sərilən xaıçalar bu təhsil ocağını şadlıq sarayına bənzədirdi:

– Dəhlizlərdəki xalçaların yığılması universiteti yenidən şadlıq sarayından təhsil müəssisəsinə çevirib. Axı xalçalar təmizlik deyil, daha çox xəstəlik mənbəyi idi. Silinməsi, təmizlənməsi də müşkül məsələ idi, yayda toz, qışda nəm olardı. Elə yeni rektor da söhbətində belə vurğulamışdı:” Siz dünyanın heç bir yerində ali məktəbin döşəməsinə xalça sərildiyini görməzsiniz. Universitet təkcə formaca deyil, həm də məzmunca gözəl olmalıdır.”. Vallah, Universitetimiz məzmunca da gözəlliyini özünə qaytarır.

Bilirsiniz, Firudin müəllim bizlərlə söhbətində açıq dedi ki, rektora, dekana, kafedra müdirinə bu qədər pərəstiş lazım deyil. Bu qədər prorektor olduğu halda müxtəlif məsələlər üzrə müşavirlər nəyə lazımdır? Universitetin büdcəsini talamaq üçünmü? Yoxsa müəllim və tələbələrə qan uddurmaq üçün.

Rektor da sizlərdən biridir və sizlərdən biri də zamanında rektor ola bilərsiniz. Biz rektor, prorektor, dekan, kafedra müdiri seçilirik ki, Sizə xidmət edək .

Yeniliyə səbəb olan, insanlarda ümüd işığını yandıran, universitetin əsl təhsil ocağı kimi fəaliyyət göstərməsində yeni rektorun bu kəlamı da önəmli yer tutub: “Aşırı inzibatçılığa son qoymaq lazımdır. Bürokratiya minimuma endirilməlidir və yox olmalıdır. Əməkdaş və tələbənin heç bir  müraciəti cavabsız qalmamalıdır.”

Heç kəsə sirr deyil ki, BDU-da tələbələrin qarşılaşdıqları haqsızlığa digər təhsil ocaqları ilə müqayisə də daha çox təsadüf edilirdi. Elə tələbələrin də qeyri-qanuni yolla imtahandan keçmək istədikləri zamanı aldıqları cəzalar da düzgün verilmirdi.

Müəllimlərə irad

Yeni Rektor bu məsələnin də üstündən sükutla keçməyib:

– Tələbələrin imtahan zamanı müxtəlif vasitələrdən istifadə etdiyinə görə universitetdən çıxarılması yolverilməzdir. Tələbələrə izah etmək, onları başa salmaq lazımdır ki, imtahan zamanı köçürmək qeyri-qanuni, əxlaqa zidd hərəkətdir.

Firudin Qurbanov eyni zamanda müəllimlərə də irad və təklifini bildirib: “Müəllimləri ədalətli olmağa, eyni zamanda tələbələrin xeyrinə qərar qəbul etməyə çağırıram.”

Universitetin elmi dərəcə alan əməkdaşlarının da bu qısa müddətdə qazana bildikləri çox şey olub.

Müsahibim bildirir ki,fəlsəfə doktorluğu və elmlər doktoru pillələrinə keçirilən qəbul zamanı uzun müddət universitet tarixində müşahidə olunmayan hadisələr baş verdi. Nazirlər Kabineti tərəfindən ayrılan yerlər tam dolmasa da ən layiqlilər qəbul olundu. Bu münasibət lə də yeni rektor çıxışında, Biz keyfiyyətlə öyünməliyik kəmiyyətlə deyil- dedi. Beləliklə,  illərlə növbə gözləyən doktoranturaya qəbul oluna bilməyən müəllimlər ədalətli aparılan qəbul nəticəsində arzularına çatdılar.

Müşahidələrimiz və eşitdiklərimizdən məlum olur ki, bu iki ay müddətində aparılan islahatlar nəticəsində elmi tədqiqatla məşğul olan dissertant və doktorantlar üçün respublikamızın heç bir ali məktəbində, hətta xarici universitetlərdə mövcud olmayan ikili rəhbərlik sistemi ləğv olundu. İndi BDU-nun alimləri elmi işlərin müdafiəsi zamanı xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində deyillər və deməli lazımsız xərclərdən yaxa qurtarıblar.

Tələbələrin və valideyinlərin isə ən çox diqqətində qalan, onların doğma universitetə münasibətlərinin daha da istiləşməsinə səbəb olan amillərdən də biri bu oldu ki, bu iki aya yaxın bir müddətdə  universitetin ədalətli ziyalı və mütəxəssislərindən təşkil olunmuş appelyasiya kimissiyası bir tələbənin belə müraciətini diqqətsiz buraxmayıb. Bütün müraciətlər vaxtında və tələbəni qane edəcək formada həll olunub.

Firudin müəllimin universitetdə  texniki xərclər və təchizatla da bağlı göstərişləri həllini tapmaqdadır. Daha fakültə, kafedra və laboratoriyalar öz hesablarına kağız, qələm, kartic almaq xərclərindən azad olunublar.

Maaşlar artırılacaq?

Artıq universitet də müəllimləri ən çox narahat edən və həmişə diskussiyalara səbəb olan maaş məsələsinə də aydınlıq gətirilib. Onlar artıq boş-boş vədlər deyil yaxın müddət üçün konkret ümid əldə ediblər. Rektor bütün çıxışlarında bu məsələnin qısa müddətdə həllini tapacağnı vurğulayır. İslahatlara başlanılıb və qısa müddətdə bunlar öz nəticəsini verəcək, – deyir.

Fikrimizcə, Firudin müəllimin nəzərdə tutduğu tədbirlərin qısa müddətdə həyata keçməsi Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar universitet əməkdaşlarına ən böyük hədiyyə olacaqdır.

“İmtahanların cavabı 1 gün sonra elan olunmağa başlayıb. Apellyasiya şikayəti nəticəsində xeyli tələbənin qiyməti düzəldilib. Bir neçə müəllim  10-a yaxın tələbənin balını artırmasından danışıb. Həm də qeyd etdilrə ki, əvvəlki rektorun dövründə heç kimin qiyməti düzəlməzdi. Bu, yalnız digər vasitələrlə mümkün idi. İndi isə doktoranturaya öz biliyi ilə qəbul olmaq mümkün olub. Sənəd qəbulunda olan süni maneə əvvəlki rektorun vaxtından qalmışdı, deyən müsahibim onu da vurğuladı ki, əvvəllər  imkanlı və yüksək vəzifəli şəxslərin oxumadan A alan övladları yenidən verdikləri imtahandan kəsildi.

Faiq Balabəyli

 

 

 

mersin escort