ALDANIB AÇILIR QAR ÇİÇƏKLƏRİ

Əkbər QOŞALI
“Düşmənlər ayağa, dost başa baxar” –
belə bir söz qonub el yaddaşına.
Utandım, üzünə baxa bilmədim,
gözlərim yol çəkdi ayaqlarına… –
 
Utandım deyirəm- bu, ilk görüşdü,
Düşmən də deyiləm, özün bilirsən.
Bir atalar sözü qüvvədən düşdü
bizim aramızda, – düzünü gəzsən.
 
Ağmı görməmişik ya yaraşıqmı..? –
yox, sənin ayağın başqadı, başqa…
bir bax, öz ürəyin sinəndə vurur,
ayrı bir ürək də ayaqlarında…
 
Sən yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü…
Belə ayaqların eşqinə qalxıb,
aldanıb açılır qar çiçəkləri…
07.02.2019
mersin escort