Gənc bəstəkarlarımız niyə tanınmırlar?- İttifaq katibindən izah

Bugünkü efir məkanında, xüsusən də özəl televiziya kanallarında səslənən musiqilər özünün bayağılığı, əsasən, toy mərasimlərinə uyğunluğu ilə seçilir.
Lakin, bu da gün kimi aydındır ki, televiziya musiqi zövqünün formalaşmasında, mədəni özünüdərkdə əsas amillərdən biridir. Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində, həmçinin mədəni yönümlü digər təhsil müəssisələrində, ən əsası da xarici ölkələrdə Azərbaycan musiqisinin, bəstəkarlıq məktəbinin yeni, gənc nümayəndələri yetişir.
Lakin biz onların mahnılarını, yaratdığı əsərləri demək olar, heç zaman eşitməmişik. Gənc peşəkarlar niyə lazımınca təbliğ olunmur?  Onların tanıdılmaması çağdaş mədəniyyətimizə, musiqi yaradıcılığımıza necə təsir edir?
Bu barədə Moderator.az-a  danışan Bəstəkarlar İttifaqının birinci katibi Sərdar Fərəcov təmsil etdiyi qurumun gənclərə dəstəyindən bəhs edib:
 “Əksər bəstəkarlar özlərini əsasən, KİV informasiya vasitələri ilə tanıdıb,  ifa edirlər. Mahnı ən dinamik və kiçik janrdır; bir-iki dəqiqəlik,  nəqarəti 3 dəfə təkrar olunduqda cəmi 5 dəqiqə edir. Buna baxmayaraq, elə ən çox mahı janrı ilə bəstəkarlar efirlərdə özlərini ifadə etməyə çalışırlar.
O ki qaldı Bəstəkarlar İttifaqına, bizim Mahnı seksiyamız var  və bu yaxınlarda Tofiq Quliyev adına müsabiqə elan etmişdik. Orada da xeyli gənclər iştirak etdi. Bizə üzv olanlar da, olmayan gənc bəstəkarlar  özlərini sübut etməyə çalışdılar.  Fərqlənənlər müxtəlif mükafat layiq görüldülər.  Həvəsləndirici mükafatlar da oldu.
Amma etiraf edək ki,  bəstəkarları, müğənniləri publikaya daha çox tanıdan mahnı janrı əsasən, televiziya və radioda özünü əks etdirir. Bəstəkarlar İttifaqı  daha klassik, daha ağır janrlarda işlər görür”.
mersin escort