“FEMİNA”DA HEÇ BİR YOXLAMA APARILMIR…
Son günlər “Lady Sharm” mağazalar şəbəkəsində aparılan yoxlamalar zamanı aşkar olunan saxta etiketlər və bununla bağlı görülən tədbirlər barədə kifayət qədər məlumatımız var.
Onu da qeyd edək ki,bu yoxlamalar geniş ictimaiyyət və eləcə də bir çox tanınmış mağazalar tərəfindən böyük razılıqla qarşılanmışdır. Təəssüflər olsun ki, bu hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar, aranı qarışdırıb, çaşqınlıq yaratmaq istəyində bulunanlar da peyda olub.
Onlar arasında kifayət qədər tanınmayan, qondarma saytlar xüsusi ilə seçilirlər.(adlarını çəkib şərəfləndirmək istəmirik)
Bu saytların birində ölkəmizdə , eləcə də ölkəmizin hüdudlarından kənarda tanınan, sevilən, məşhur “Femina”xəz-dəri mağazasında da saxta etiketlərlə bağlı yoxlamaların aparılması haqqında yanlış məlumatlar yayılıb.
Birmənalı olaraq bildiririk ki, haliyədə “Femina”da belə bir yoxlama aparılmır.Çünki bugünədək bu mağazada satılan mallar arasında saxta mallar aşkarlanmayıb. Bidiyimiz kimi ” Femina” kifayət qədər tanınmış, nüfuzlu, brend mağazadı, burda alıcılara daim keyfiyyətli mallar satılır.
Alıcılar arasında tanınmış, məşhur adamların çoxluğu da təsadüfi deyil. Əgər ” Femina” saxta mallar satsaydı çoxdan ifşa olunub, müflisləşib sıradan çıxardı.Ən başlıcası isə bu boyda saysız-hesabsız müştərisi olmazdı. “Femina” xəz-dəri mağazası barədə yayılan məlumatların yalnış olduğunu vurğulayaraq, bu yalnış məlumatları yayan qondarma saytların, onların rəhbərlərinin haqsız və ədalətsiz mövqelərindən təəssüfləndiyimizi bildiririk.
” Femina” xəz-dəri mağazasının mətbuat xidməti

 

59 baxılıb