Müstəqil.Az-n “Həmsöhbət” layihəsinin bu dəfəki qonağı tanınmış şair-publisist, Respublika Xatirə kitabınəm rəhbəri və “Yada Düşdü” jurnalının baş redaktoru Nəzakət xanım Məmmədovadır.

Nəzakət xanımla çoxdan həmsöhbət olmaq istəsək də gah onun işinin çox, vaxtının az olması, gah da redaksiyanın işlərində olan bəzi problemlər bu görüşün başqa vaxta təyin olunmasına səbəb olurdu. Axır ki, xanım yazarla Azərbaycan nəşriyyatında məskunlaşan, baş redaktoru və təsisçisi olduğu “Yada düşdü” jurnalının redaksiyasında görüşdük. Nəzakət xanım ev sahibəsi kimi qonağını gülərüzlə qarşıladı. Ənənəvi olaraq,

Nəzakət xanım, necəsiz?, – deyə soruşdum.

Sifətindəki xoş təbəssümün əksinə olaraq, -Təşəkkür edirəm. Payız kimiyəm, dedi.

Bu cavabın ardınca da əlavə etdi:
– Əslində insan da təbiət kimidir, Payiz təbiətidə insanları da kövrəldir, dünənin xiffətini cəkirəm, qardaş…

May süfrəsinin arxasında söhbətimizi davam etdiririk:

-Nəzakət xanım, üzünüzdə sevinc hissləri, dilinizdə bir qədər kövrək not. Dünənin xiffətini çəkirsiz, deyin ötənlər bu günün reallığında daha doğmadır ki? Nədir axı yaddaşınıza hopanlar?

-Yadadan çıxmayan o qədər olmuşıar var ki… İnsan hər ötən gün üçün darıxır…

Mövzunu dəyişdim:

– Nəzakət xanım, çoxdandır sizinlə həmsöhbət olmaq istəyirəm, nəsə alınmırdı, daha deməyin ki, yada düşmədiz?

– Əslində yaddan cıxmaq unudulmaq faciədir… Çox sağ olun ki yada saldın;z, yada saldın;z və xoş gördük ədalətli qələm sahibini.

– Yada düşdü, demişkən, “Yada düşdü”də işlər necə gedir nələri yada salırsız, nələri unutmağa qoymursuz?

-Dedim axı, unudulmaqdan qorxuram. Biz unutqan xalqıq başımıza gələn bütün bəlalar unutqanlığımızdan gəlir. Elə bu dərgini təsis etməyimin əsas səbəbi də budur; unutmayaq ki unudulmayaq. Jurnal uzun illədir yol gəlir və bu illərdə kimlər yada düşmədi, kimlər xatirlanmadı ki.. Kecmişimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız… Çox şeylər yada düşdü…

-Yurnalızın maraqlı, oxunaqlı olması aydındır. İşlərinizin də necə getməsindən bəhs etdiz. Daha çox sizi nə narahat edir? Bu olmamış olmaz axı.

-Bildiyiniz kimi mən düz 20 ilə yaxındır ki, Respublika Xatirə kitabında calışıram, bu unikal kitab-abidə ikinci Dünya savaşından üzü bəri canından kecmiş vətən oğularının adlarını əbədiləşdirir. Artiq 16 cild hazırdır.Hər cilddə 16-18 min nəfərin adı gedir. Ayrıca da Azərbaycanın müstəqilliyi topaqlarımız uğrğnda gedən döyüşlər zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız haqqında 4 cilldlik hazırlamışıq. Artıq 1-ci cild cap olunub. Çox ağır yüklü işdir. Elə “Yada düşdü” də bu təsirdən qaynaqlanıb, araya-ərsəyə gəldi. Çətinlik isə hər işdə var, o ki ola mətbuat qəzet-jurnal bol,  oxucu, abunə az olan bir dövrdə.

-Nəzakət xanım, yaradıcılığınızla da maraqlanıram, bir oxucu kimi fərqindəyəm ki, bu qədər yazar bolluğunda fərqlənirsiz, seçilirsiz, oxunaqlısız. Amma özünüz nə deyə bilərsiz ədəbi fəaliyyətiniz haqda?

– Özümdən  Sizlər desin, dostlar, oxucular danışsa yaxşı olar…

-Nəzakət xanım, işinizlə bağlı, xatirələr, ötənlər daha tez-tez vərəqlənir sizin üçün. Bütün bunlar bir xanım əfəndi, yaradıcı insan kimi sizlərdə nəlri yada salır?

-Deyirlər yaradıcılıq müəllif  həyatıdır. İnsan zamanəsinə bənzəyir, təsirlənməsə, heyrətlənməsə nə yazarsan ki? İşlərim coxdur, XATİRƏ KİTABI, jurnal işi… hələ üstəlik yaradıcılıq, ailə, uşaqıar, nəvələr…

– Xoşbəxt anasız, balalrınız təhsilli, nüfuz sahibi. Qızınız hərbi həkim olmalı, oğlunuz ədliyyə zabiti…

– Ailəliyəm 3 övladım, 5 nəvəm var. İki oğul, bir qiz anasıyam. Övladlarımla qürur duyuram, onlar xoşbəxliyimin əsas səbəbləiəridir. Mükəmməl təhsil, gözəl tərbiyə, gözəl ailə başcılarıdırlar. Hər ücü zabidir, böyük oğlum Ramil də, qızım Aytən də hərbi həkim, kicik oğlum Elxan da zabitdir. Gəlinlərim də ocağa gəliblər, hər iki gəlinim güc nazirliklərində çalışır. Hər ikisi zabitdir. Bir sözlə həm zabit anasıyam, həm də zabit qaynanasıyam.

-Üstə gəl nənə olmağınız..

– Beş nəvəm var. Onlara da vaxt catır nəvə nə qədər istəməlidir, bilirsiniz. Dəniz bunu sizə yaşadır, onları həyatımdan cox sevirəm, şeirlər həsr edirəm, ömrümüzün davamıdırlar onlar…

-Nəzakət xanım, qələm dostlarınızdan daha çox kimlərin yaradıcılığını izləyə bilirsiz?

– Musa Yaqubu, mərhum Nahid Hacızadəni, Əlibala Hacizadəni özümə ustad bilirəm. Qələm dostlarım Rəşad Məcid, Elcin Hüseynbəyli, Salatın Əhmədli,  Zülfüqar Şahsevənli, Əbülfət Mədətoğlu, Sona Vəliyeva, Fərqanə, Oktay Rza… coxdur dostlarım. Sən isə bacımın qardaşısan deyə, mənim də qardaşımsan. Bilirsiz, mənim həyatda qardaşım olmayıb bəlkə ondandır hamıya qardaş deyirəm…

– Qısqanclıqla qarşılaşmadızı ki, heç?

– Qısqananlara acıyıram. Allahın qisməti və alın yazısı var. Bu ilahi ədalətə inanıram

-Bu günün ədəbi nühütündə özünüzü rahat hiss edə bilirsinizmi?

-Bir gün dostum, qardaşım Bəxtiyar Qaraca mənə təsəlli verdi, dedi sənin balaca da olsa öz yerin, öz dəsti xəttin var ədəbi mühitdə, narahat olma. Bunu Nəriman Həsənzadə də, Anar da Fikrət Qoca da, Qəzənfər Paşayev də təstiqləyib….

-Xaraktercə sakit xanımsız, bizim tərəflərdə deyildiyi kimi, gənc yaşınızda ağbirçəkliyi almısız çiyniziə, necə düşünürsüz, bu ədəbi cameədə buna ehtiyac varmı?

-Kaş hər kəs anaların, nənələrin öyüdündən bəhrələnsin. Mən belə gördüm, bu yaşımda da anam buna olmaz, deyib yaşayıram.Hələ mənim haqqımda kitab da yazir Allahverdi Eminov. Bax bu sizin sualınıza cavab olsun.

-“Yurd dediyim bu torpaq”, “Saralmış yarpaga bənzəyir ömrüm” şeirlər kitamızını oxumuşam. Səhv etmirəm sə daha iki ktabınz işıq üzü görüb. Kitablar sizin üçün nələri verdi?

-Əvvələr düşünürdüm kitab yazmaq lap dəbə cevrilib, indi utanmıram, yazıram və sevinirəm ki ən azından pis yazmayam…

Tehranda da kitablarınız dərc olunub. Necə qarşılanıb?

-Mənim babam Azərbaycanımızın o tayından gəib . 20-ci  əsrin əvvəllərində. Mən əslən Ərdəbiliyəm. O tayda kitablarımın cıxması inanılmaz sevinc gətirib. İki kitabim Tehranda Hüseyn Şərqi tərəfindən çap olunub. Onu da deyim ki doktor Hüseyn Şərqi Soytürk “Xudafərin” jurnalının təsiscisi və baş redaktorudr. Yeri gəlmişkən xalq şairinin tövsiyəsi ilə TƏSİS etdiyim həm də baş redaktoru (Mərhum Nahid Hacizadə ilk baş redaktor idi) olduğum “Yada Düşdü” jurnalı ilə qardaşlaşmış dərgilərdir. Artıq 2 ildir məştərək işləyirik.

-Nəzakət xanım, çox sağ olun ki, bu qədər vaxt darlığında bizimlə həmsöhbət olduz.

-Siz sağ olun ki, vaxt ayırdız.
Söhbət etdi: Faiq Balabəyli

79 baxılıb