Qaynar xətt nömrələri “BakuBus”lardan niyə yığışdırılıb? (AÇIQLAMA)

BakuBus avtobuslarında sürücülərin arxasında sərnişinlərin hər hansısa şikayətlə bağlı müraciət etmələri üçün qoyulan qaynar xətt elanları götürülüb.
Bu barədə Qaynarinfo-ya məlumat daxil olub. İddia olunur ki, buna səbəb son zamanlarda daxil olan şikayətlərin artmasıdır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən iddianın həqiqəti əks etdirmədiyini bildirib, lakin qaynar xətt nömrələrinin nə üçün götürüldüyünün səbəbi barədə isə heç bir məlumat verməyib.
“Bu məsələ ilə maraqlanıram. Lakin qaynar xətt nömrələrinin şikayətlərin çoxluğu səbəbindən götürülməsi doğru deyil”.
Müstəqil.Az
mersin escort