Müstəqil.Az xəbər verir ki,tanınmış şair Ramiz Qusarçaylının 2018-ci il dekabr ayının 21-də “Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində” 60 illik yubileyilə bağlı möhtəşəm tədbir keçirilib.
Növbəti görüşün Bakıda-“Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” keçirilməsi məsələsi gündəmə gələn zaman şairin əksər görüşlərinin aparıcısı, respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramovun da 65 yaşının tamam olması məlum olduğu üçün  hər iki dəyərli insan birlikdə yubiley tədbiri keçirilməsinə qərar veriblər.
Respublikamızda sözü dəyərli və sözü çatdırmağı ustalıqla bacaran iki yaradıcı insanın ilk dəfə baş tutacaq birgə tədbiri düşünürük ki, şeiri,sənəti sevən hər  kəs üçün maraqlı olacaq.
08 fevral,2019-cu il,saat 18:00-da sözə,sənətə dəyər verən hər kəsi “Rəşid Behbudov adına Dövlət mahnı teatrında”  keçiriləcək möhtəşəm tədbirə dəvət edirik.
Hər iki dəyərli insana yaradıcılıq uğurları arzulayırıq!
Müstəqil.Az 
Aysel Səfərli

 

393 baxılıb