Rusiyanın Saratov vilayətində sosial şəbəkələrdə ekstremizmə görə bu ölkədə ilk dəfə inzibati cəza haqqında məhkəmə qərarı qəbul edilib.

Publika.az xəbər verir ki, Saratov sakini Aleksey Alekseyev “VKontakte” sosial şəbəkəsində milli ədavətə, ekstremizmə çağıran materiallar yayıb, Qafqaz, Orta Asiya regionlarının əhalisini, ukraynalıları, zənciləri, meksikalıları təhqir edib, ağ dərililərin digər irqlərdən üstün olduqlarını yazıb.

Vilayət məhkəməsi Alekseyevin ilk dəfə inzibati qanun pozuntusunda təqsirli bilinməsini, təqsirini boynuna almasını və peşman olmasını nəzərə alaraq, barəsində 5 sutka müddətində inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiya parlamentinin qəbul etdiyi qanuna dəyişikliklərə əsasən, sosial şəbəkələrdə ekstremist məzmunlu informasiya yaymaqda ilk dəfə təqsirləndirilən şəxslərə qarşı yalnız inzibati cəza tətbiq ediləcək

88 baxılıb