Şairə Sevil Gül Nur milli qəhrəmanlara həsr etdiyi “Şəhadət sarayını” təqdim etməkdə davam edir…

Müstəqil.Az bildirir ki,Fevral ayının 2-si Yardımlı rayonu, YAP-nın akt zalında gənc və istedadlı şairə Sevil Gül Nurun yeni işıq üzü görmüş “Şəhadət Sarayı“adlı kitabının növbəti təqdimat mərasimi keçirildi.
Mövzu etibarı ilə Azərbaycanımızın cənub bölgəsi hesab olunan Biləsuvar,Cəlilabad ,Masallı ,Lerik ,Yardımlı,Lənkəran və Astara rayonlarından olan milli qəhrəmanlarımızın həyatlarını və keçdikləri döyüş yolunu özündə əks etdirən kitabda həmçinin Azərbaycanın tarixi keçmişi ,dünəni ,bu günü haqqında müfəssəl məlumatlar və şairin vətənpərvərlik mövzusunda yazdığı şeirlər yer alıb.
Təqdimata Yardımlı rayonundan olan ağsaqqallar,ziyalılar və şəhid ailələri qonaq qismində dəvət olunmuşdu.
Qonaqlar kitab haqda yüksək fikirlər söylədilər və belə bir işin tədqirəlayiq olmasını xüsusi vurğulayaraq müəllifə xeyir-dua verdilər .
Tədbirin sonunda qonaqlara və rayonun oxu mərkəzlərinə şairin imzalı kitabları təqdim edildi.
Gənc şairəyə ugur diləyirik…
Müstəqil.Az
Aysel Səfərli
Fotolar:

 

mersin escort