Yeltsinin doğulduğu evdən odun kimi istifadə ediləcək

Rusiyanın ilk prezidenti Boris Yeltsinin doğulduğu evin sahibi evdən odun kimi istifadə etməyə qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, Sverdlovsk əyalətinin Basmanovsk qəsəbə şurasına evin sahibi məktub yazaraq bildirib ki daşınmaz əmlak ona lazım deyil və o, evi bərpa etməyəcək. Evin sahibi yerli sakinlərə evin divarlarından odun kimi istifadə etməyi təklif edib.

Xatırladaq ki, Yeltsinin doğulduğu ev bir il öncə yansa da, evin divarları qalıbmış. Evin sahibləri yanğın zamanı Tumendə olublar.

Hesab edilir ki, Rusiyanın ilk prezidenti Butka kəndində doğulub. Amma bu belə deyil. Boris Yeltsin 1931-ci ildə fevarlın 1-də Basmanovskda dünyaya gəlib. Butkaya isə onun valideynləri Yeltsin bir neçə aylıq olduğu zaman köçüblər.

mersin escort