Şair-publisist,folklorşünas İlham Qəhrəman “Azərbaycan Aşıqlar Birliyinə” üzv olub…

Şair-publisist, folklorşünas İlham Qəhrəman Azərbaycan Aşıqlar Birliyinin üzvləri sırasına daxil olub. Şairə bu münasibətlə üzvlük biletini Birliyin sədri Məhərrəm Qasımlı təqdim edib.

Müstəqil.Az bildirir ki,Bu haqda danışan İlham Qəhrəman Aşıqlar Birliyinə üzv olmasını Azərbaycan aşıqlarının irsinin araşdırılması, toplanması və onların kitablarının tərtibi yönündə davamlı işlərinə görə layiq görüldüyünü deyib. Aşıqlar birliyi ictimai qurumdur – yəni üzvlərinə heç bir imtiyaz vermir. Amma bura bir ocaq kimi aşıq sənətini sevənlər, həm də bu sənəti yaşadanlar üçün əziz və müqəddəs bir məkandır. Bu mənada mənə özümü yaradıcılığına və sənətinə sevgi bəslədiyim, ruhuma doğma olan insanlar arasında hiss etmək mənəvi rahatlıq gətirir. Məhərrəm müəllim sədr kimi Aşıqlar Birliyinin fəaliyyətində müəyyən canlanma yaratdı. O eldə-obada tanınan sanballı aşıqlarımızın irsinin çap olunmasında, yubiley tədbirlərinin keçirilməsində əlindən gələni əsirgəmir. Məhərrəm Qasımlının iştirakıyla yerli televiziya kanallarında aşıq sənətinin təbliğiylə bağlı hazırlanan verilişlər adət halını almışdır. Eyni zamanda bir alim kimi onun aşıq sənətiylə bağlı dəyərli elmi kitabları bu sənətin sirrlərinə işıq salır.

Qeyd edək ki, şair, folklorşünas İlham Qəhrəman şəxsi yaradıcılıqla yanaşı bir folklorşünas kimi indiyə qədər Haqq aşıqları olan Sarı Aşığın və Aşıq Alının irsini yığıb toplamış və şeirlərinin cinaslarını düzgün qurmuşdur. Onun tərtibatında Sarı Aşığın “Gül dəftəri” kitabı ölkədə iki dəfə çap olunmuşdur. Aşıq Alının kitabı isə çapa hazırlanır.

Müstəqil.Az  Şairə yaradıcılıq uğurları arzu edir,şairin yeni şeirini təqdim edir:

ƏSGƏRLƏRİMİZƏ

Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.

Parçalanmış yurdu bir yerə yığmaq, –
Sizdən bundan özgə nə umuruq biz.
Bir Allah bilir ki, hər gələn gecə
Sizə umud olub göz yumuruq biz.

Nə qədər meydanı daraldı onun, –
Qoy şaxı açılsın – o bayraq üç rəng!
Onun bir adı da sevinc göz yaşı, –
Ondan gözəl olmaz gözümdə heç rəng!

Nə vaxt döyüş olur, torpaq qayıdır,
O bayraq sizinlə irəli gedir.
Əsgər yoldaşının son nəfəsidi –
Bax o da dayanmır, yaralı gedir.

İllərdi ürəkdə bir arzumuz var, –
Düşmənin burnunu əzəsiniz bir!
Tanrı çox görməsin – qalxsın bu töhmət-
Papağı yan qoyub gəzəsiniz bir!

Yan-yana sıx durun düşmən önündə,
Amandı sıranız olmasın seyrək!
Tağbənd körpülərin daşları kimi
Biri-birinizdən bərk yapışın, bərk.

Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.

mersin escort