Emin Antaliyada öldürüldümü? – Bir ailə faciəsinin tarixcəsi

Bəybala Hüseynov: Oğlum sifarişli qətlin qurbanıdır

( 1-ci yazı)

Tarixdə heç nə izsiz ötüşmür, heç nə unudulmur, heç bir şey yaddan çıxmır. Çünki baş verən hər bir hadisə bilavasitə insan taleləri ilə bağlıdır. Müharibələr də zaman-zaman bəşəriyyətə, insan sivilizasiyasına dəhşətli zərbələr vurmuşdur. Fəlakətlər nəticəsində milyonlarla insanın ömrünə son qoyulmuş, on minlərlə kənd, qəsəbə və şəhərlər dağıdılaraq viran edilmişdir.Yox, yox, qətiyyən düşünməyin ki, fikrimiz tarixə varmaq, baş vermiş münaqişələrin anatomiyasını, bəzi siyasilərin yersiz hikkə və ambisiyalarını gündəmə gətirməkdir. Ani hadisələr nəticəsində baş vermiş üzücü olaylar, cinayətlərin qurbanına çevrilmiş nakam insan talelərinin araşdırlması günümüzdə də aktualdır. Müstəqil.Az xəbər saytının əməkdaşları növbəti dəfə səs salacaq başqa bir cinayət hadisəsinin araşdırlmasına, təhlilinə start verirlər; Beləliklə…

Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 də yaşayan Bəybala Qaraş oğlu Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun bir surətini də Müstəqil.Az-a göndərib. Məlumunuz olsun ki, məktubda dəhşətli bir cinayətdən bəhs olunur.

DƏHŞƏT SAÇAN MƏKTUB

Bəybala Qaraş oğlu Hüseynovun  iddiasına görə, onun oğlu Emin Türkiyənin Antalya şəhərində zəhərləndirilərək öldürülüb. Birinci xanıma ünvanlanan dəhşət saçan məktubda da bu cinayətin bilərəkdən izinin itirilməsindən və Azərbaycan Respublikasının hüquq – mühafizə orqanlarından birinin yüksək rütbəli rəhbərlərindən bəhs olunur. Mehriban xanımdan da bu ağır işə görə kömək istənilir.

Müstəqil.Az –ın əməkdaşları olaraq məktub müəllifi ilə görüşüb, sözügədən cinayət haqqında ilkin dəlillər almışıq. Bəybala atanın inamı və əminliyi oğlunun öldürülməsindən sonra törədilən cinayətin üstünün açılmamasında övladının işlədiyi kollektivin rəhbərliyinin maraqlı olması bizimlə söhbətdə bir daha təkrarlandı.

Təkzib olunmaz faktlar, telefon danışıqları, oğlunun bilərəkdən Türkiyədə istirahət etdiyi zaman, Bakıdan edilən zənglə, yaxşı işçi olduğu üçün  Antalyada mükafat olaraq hansısa əyləncə və istirahət tədbirinə dəvət edilməsini təsdiqləyən sənədləri tapması qəlbi oğlunun vaxtsız itkisindən yaralı olan atanı bir an da rahat buraxmır. Ağır dərddir!…

MƏKTUBDAN SƏTİRLƏR

 “Çox hörmətli Mehriban Arif qızı!
Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olan oğlum Emin Hüsynov 2017-ci ilin avqust ayının 18-də növbəti məzuniyyəti zamanı Türkiyənin Antalya şəhərində istirahət zamanı zəhərləndirilərək öldürülmüşdür”.

Bəybala müəllimin Mehriban xanıma ünvanladığı məktubdan məlum olur ki, o, əldə etdiyi bütün faktları Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarına çatdırsa da, dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, bu cinayətin səbəbkarlarının ifşa olunmasına, qanun qarşısında cəza almalarına nail ola bilməyib.

Mehriban xanıma ünvanlanan məktub-müraciətdən həmçinin oxuyuruq:

“Oğlumun ölümü ilə bağlı video görüntülər var. Bu görüntülərdən bilinir ki, oğlum istirahət etdiyi mehmanxananın idman zalında məşq edərkən anidən beyin ölümü keçirərək, dünyasını dəyişir. Bu görüntüləri Sizə təqdim edə bilərik. Beyin ölümünü təsdiq edən kompyüter tomoqrafiyasının cavabı, Türkiyə Respublikasının bir neçə Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin xəstəxanaların verdiyi qan analizi nəticələrinə görə, həqiqətən də, ölümün kənardan verilən zəhərli maddənin təsiri nəticəsində baş verdiyi anlaşılır. Bunu sübut edən bir çox ekspert rəyləri var ki, onları da təqdim edə bilərik “.

BİGANƏLİK…

Redaksiyamıza təqdim olunan şikayət məktubundan o da məlum olur ki, Bəybala müəllim oğlunun öldürülməsi faktına həm Azərbaycan, həm də Türkiyə tərəfindən biganə yanaşıldığını gördükdən sonra öz imkanları daxilində bu dəhşətli cinayətin izinə düşür, müvafiq instansiyalara, mediaya üz tutur. Onun Türkiyədə tutduğu vəkillərin və Mustafa adlı tanışının əldə etdiyi bir çox faktlar bu tükürpədici ölüm faktının sifarişinin Azərbaycandan verildiyi məlum olur. Əldə olunan faktlar bu “qanlı izi” dövlət qurumlarından birinə qədər gətirib çıxarır . Hər halda Bəybala Hüseynovun Mehriban xanıma ünvanladığı şikayət məktubunda bu iddialar səsləndirilir və hər bir iddianın da arxasında, yuxarida qeyd etdiyimiz kimi, düşündürücü, təkzibedilməz faktlar, video görüntülər, telefon danışıqları, şahid ifadələri durur.

Müstəqil.Az şikayət-müraciət məktubunu araşdırarkən bu dəhşətsaçan cinayətin arxasında böyük məbləğdə rüşvətin və digər faktorların durduğu görünür

Haqqında bəhs olunan məktubu növbəti yazımızda  yayınlayacağıq.

Növdəti yazımızda şikayətçi ilə söhbətimizdən məlum olacaq:

 

  1. Emin Bəybala oğlu Hüseynov Azərbaycan Respublikası yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə necə və kimin əli ilə işə götürüldü?
  2. Mərhum işə götürülərkən nə qədər rüşvət alındı və kərgüzar kimi işə götürülən Eminə qısa müddətdə hansı vəzifə və rütbə kim tərəfindən boyun olundu?
  3. Kim Bəybala Hüseynovun “oğluma verdiyiniz vəd başa çatdı, nə vaxt rütbə verib, müstəntiq keçirəcəksiniz”, – sorumuna nə cavab verdi?
  4. Eminin öldürülməsindən bir neçə gün öncə kim onun Azərbaycan Respublikası yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki iş otağının boşaldılmasını, bəzi sənədlərin yoxa çıxarılmasını, digər şəxsi ləvazimatların və əşyaların dəhlizə tökülməsi haqda göstəriş verib?
  5. Onun öldürülməsində hansı qohumlarından və necə istifadə olunub?
  6. Emin ölümündən 15 dəqiqə qabaq anasına zəng edərək, kimin onu izlətdirdiyini və başına bir iş gələrsə, günahkar onun olduğunu deyib?

P.S:Göründüyü kimi, suallar çoxdur, cavabları tapmağa çalışacağıq…Müstəqil.Az-da qalın…

Ötgün

 

 

 

 

 

 

mersin escort