Zəka Vilayətoğlu: – “SƏNƏ BİR SÖZ DEYƏCƏM”

 Bir gözüm nurla dolu

Birində şər qarışır.
Gedəcəyəm bu yolu
Sonunda nur sayrışır..

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda tanınmış yazar-bəstəmi-müğənni  Zəka Vilayətoğlunun “SƏNƏ BİR SÖZ DEYƏCƏM” adlı şeirlər kitabınən təqdimatı çox maraqlı keçdi.

Təqdimat mərasimini tanınmış şair Fərqanə Mehdiyeva açaraq, şairin yaradıcılığ haqda ətraflı məlumat verdi.
Tədbirdə çıxış edənlər Z. Vilayətoğlunun bu kitabla da şair kimi də öz sözünü oxucularına deyə bildiyini xüsusi ilə vurğuladılar. Tədbir boyu bir – birindən maraqlı çıxış edən natiqlər Zəka Vilayətoglu haqqında eyni firik üstündə dayandılar; İstedadlıdır, zəhmətkeşdir, yaxşı insandır, vəfalı dostdur.

Tədbirin sonunda  Zəka Vilayətoglu hər kəsə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu və özünün ecazkar səsi ilə qəlbləri riqqətə gətirən mahnılarını oxudu..
Faiq B.

mersin escort