“Tək çarə, sən geri dön, Darıxmaq çıxıb gedə…”-Yetim Qacar yazır…

Müstəqil.Az şair Yetim Qacarın yeni şeirlərini təqdim edir:

Darıxmaq

Yenə də dəli həsrət,
Atı sürür daşlığa
Yenə də darıxıram,
Yenə də yıxılıram
Sən olmayan boşluğa.

Darıxmaq acığına
Darıxmamaq yolu var?
Elə əclaf darıxmaq,
Bir baş hədəfi vurur
Nə sağ, nə də solu var.

Söyürsən kar etməyir,
Dərdin necə qatı var?
Darıxmaq sahmat kimi,
Mata razı olmursan,
Bəlkə də bir patı var.

Darıxıb anlayırsan,
Sevmək, uduzmaq demək.
Özünü danlayirsan,
Amma, nə xeyri var ki
Dəyişmir əsla yemək.

Səbəb təkcə o olur,
Bəhanəsisə çoxdu.
Eşq duz xətli bir yoldu,
Hədəfə catmayınca
Geriyə yolu yoxdu.

Bəzən gəlir tək səbir
Tək olmur ki, yozmağı.
Günah Tanrıda yəqin
O, unudub alnıma
O gözəli yazmağı.

Küsürsən öz özündən,
Yola da getməyirsən.
Düşüb bəndə bəndinə,
Tanrıya asi olub
Bəndəlik etməyirsən.

Kimsəni anlamırsan,
Sən elə darıxırsan.
Bəzən, özündən cixib
Aynada rastlaşanda,
Qorxursan karıxırsan.

Darıxmaq qısqanc olur,
Qoymur dərdi bölməyə.
Nə adam tək yaşadır,
Nə adam tək öldürür,
Nə də qıyır ölməyə.

Demə darıxır hamı,
De dərd, nə çarə, nə də
Bilmirsən sus, deyim ki
Tək çarə, sən geri dön
Darıxmaq çıxıb gedə…

 O gözələ…

O gözələ Tanrı, necə qıyırsan ?
Gəl, sən onun ağrısını mənə ver.
Səninləyəm ,Tanrı,məni duyursan?
Bəs desəm də ağrilara, yenə ver.

O gözlərin əsiriyəm, İlahi,
Onun ruhu hopmaqdadı sözlərə.
Nədi axı, o gözəlin günahı,
Qıyma Tanrı, mən sevdiyim gözlərə.

Bu qədər də sınaq olmaz, ay Allah
Bu qədər də zülüm olmaz, ta bəsdi.
O kimdi ki, mən söyləyim, say, Allah
O, canımdi, o ,canıma nəfəsdi.

Cismə ruhdu, damarda qan əvəzi,
Həm səsimdi, həm də mənim sözümdü.
O, canıma həm də ki, can əvəzi,
O, həm də ki, bu dünyaya gözümdü.

Onsuz mənə sənin dünya nə gərək,
Mən onunla cəhənnəmə gedərəm.
Mən bəndənə bəs eləyər bir mələk,
Ömrü verib bir qələmə, gedərəm.

Tək ricamdı, tək istəyim, tək arzu,
O bəndəni Tanrı, mənə Tanrı et.
Onunladı bu dünyada esq ruzum,
Ya onu ver, ya da soylə ,Tanrı, get.

O gözələ Tanrı necə qıyırsan ?
Gəl, sən onun ağrısını mənə ver.
Səninləyəm, Tanrı, məni duyursan?
Bəs desəm də ağrılara, yenə ver.

mersin escort