Selma sevgilisi Reşat Kabakçını öldürüb polisə zəng etdi – Dəhşətli cinayət

Fahişəlikdə ittiham olunan qadın sevgilisini qətlə yetirəndən sonra polisə zəng edərək “aşkım ölür”, deyə məlumat verib.

Müstəqil.Az xəbər verir ki, Türkiyənin Çorum vilayətində sevgilisi Reşat Kabakçıyı bıçaqlayaraq öldürən Selma Kaymaz məhkəmədəki ifadəsində hadisənin mübahisə zəmnində baş verdiyini bildirib

Selma Kaymaz qeyd edib ki, 7 il Reşat ilə birlikdə yaşayıb: “Ondan bir uşağım var. Əvvəlki illərdə aramızda problem yox idi. Sonradan məni başqa kişilərə satmağa başladı. Hadisə baş verən günü evdən köçəcəkdim. Mənə mane oldu. Sonra spirtli içki içdik. Reşat mənimlə bağlı kiminləsə danışırdı. Onunla mübahisə elədim. Bir-birimizə vurduq. Bir bıçaq zərbəsi vurdum, yerə yıxıldı. Polisə zəng edib “aşkım ölür” bildirdim. Həyatını xilas edə bilmədik”.

Mərhumun həyat yoldaşı ifadəsində Selma Kaymazın fahişəliklə məşğul olduğunu bildirib: “Reşatın onunla yaşadığını bilirdim. Son günlər ondan ayrılmışdı, mənimlə yaşayırdı. Selama dəfələrlə mənə “ərini öldürəcəm” xəbərdarlığı edib. Ərimdən iki uşağım var”.

Müstəqil.Az

mersin escort