Zəka Vilayətoğlu “Sənə bir söz deyəcəm”adlı yeni kitabını təqdim etdi…

Müstəqil.Az bildirir ki, 25 yanvar 2019-cu il,14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şair,yazıçı,bəstəkar,müğənni Zəka Vilayətoğlunun “Sənə bir söz deyəcəm” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Kitabın redaktoru Narıngül Nadir  və tədbirin aparıcısı, İstedadlı şair Fərqanə Mehdi kitab haqqında və müəllifin başqa əsərləri haqqında geniş məlumat veriblər.

Tədbirdə iştirak edən-Zəka Vilayətoğlunu sevənlər,yaxınları,tanınmış şairlər,söz ustaları çıxış edib onun yaradıcılığını yüksək qiymətləndiriblər.

Sonda müəllif öz çıxışı və gözəl musiqi ifası ilə gələn qonaqlara öz təşəkkürünü bildirib.

Müstəqil.Az saytı adından gözəl şair,yazıçı və istedadlı müğənni Zəka Vilayətoğluna yaradıcılıq uğurları arzulayırıq.

Aysel Səfərli

Müstəqil.Az

Fotolar:

mersin escort